“Qarabağ”ın futbolçusu Gürcüstan yığmasından kənarlaşdırıldı
Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbaya 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Xorvatiya ilə səfər oyununa aparacağı futbolçuların adlarını açıqlayıb. Lent.az-ın məlumatına görə, Ketsbaya 21 nəfərlik siyahısına Ağdamın “Qarabağ” klubundan çağırdığı Georgi Adamiyanın adını daxil etməyib.
Yığmadan kənar qalan 8 futbolçudan 3-ü zədəli olsa da, Adamiyanın sağlıq durumu qaydasındadır. Onun Xorvatiyaya hansı səbəbdən aparılmadığı rəsmən açıqlanmır. Amma çox güman ki, bu, Unibank Premyer Liqasının bombardirinin hazırlıq səviyyəsinin Ketsbayanı qane etməməsi ilə əlaqədardır.
Qeyd edək ki, iyunun 3-də keçiriləcək Xorvatiya – Gürcüstan matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12