Zepp Blatter 4-cü dəfə FİFA prezidenti seçildi
Lent.az-ın məlumatına görə, səsvermədə iştirak etmiş 206 üzv ölkədən 186-sı Blatteri dəstəkləyib.
Seçki FİFA-dakı gurultulu qalmaqal fonunda baş tutub. Qalmaqalda Blatterin özü və qurumun İcraiyyə Komitəsinin bir sıra üzvünün adı hallanıb. Onların arasında Asiya Futbol Konfederasiyasının prezidenti Məhəmməd bin Həmmam və FİFA-nın vitse-prezidenti Cek Uorner da olub. Hər iki şəxsi Karib Futbol İttifaqı üzvlərini seçkidə onların səsini qazanmaq üçün satın almaqda şübhəli biliblər. Eyni zamanda, Uorner bin Həmmamı satınalma yolu ilə Qətərə 2022-ci il dünya çempionatına təşkilatçılıq hüququ qazandırmaqda ittiham edib. Öz növbəsində ərəb futbol funksioneri Blatterin ünvanına ittihamlar səsləndirib. Lakin mayın 29-da keçirilmiş FİFA etika komissiyasının iclasında təşkilatın prezidenti haqlı çıxarılıb. Uorner, bin Həmmam və İcraiyyə Komitəsinin daha bir neçə üzvü tutduqları vəzifədən kənarlaşdırılıblar.
Seçkidə Zepp Blatterin rəqibi də Məhəmməd bin Həmmam olmalı idi. Lakin o, mayın 28-də namizədliyini geri götürüb. Nəticədə hazırkı prezident alternativsiz seçilib. 4-cü dəfə prezident seçilməsini şərh edən Blatter FİFA-nı korrupsiyadan qurtaracağına söz verib: “Biz FİFA adlı gəmini təmiz və şəffaf sularda düzgün istiqamətə qaytaracağıq”.
Qeyd edək ki, Zepp Blatter ilk dəfə 1998-ci ildə FİFA prezidenti seçilib.

547