16 yaşlı vunderkinddən daha bir medal
Rusiyanın paytaxtı Moskvada akademik avarçəkmə üzrə yeniyetmələr arasında Beynəlxalq “Dostluq” reqatası keçirilib. Lent.az-ın məlumatına görə, 9 ölkənin qatıldığı yarışda Azərbaycanı 5 kişi, 1 qadın avarçəkən təmsil edib.
Yığmamız “Krılatskoe” avarçəkmə kanalında təşkil olunmuş turniri 1 gümüş medalla başa vurub. Həmin medalı ölkəmizə 16 yaşlı Boris Yotov qazandırıb. Yotov 18 yaşadək akademik avarçəkənlərin mübarizəsində 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşə qatılıb. O, əsas finalda yalnız ukraynalı Andrey Mixaylovdan geri qalıb. Mixaylov 2000 metr məsafəni 7 dəqiqə 18,789 saniyəyə qət etdiyi halda, Yotov 7 dəqiqə 20,999 saniyə nəticə göstərib.
Digər akademik avarçəkənlərimizə gəldikdə, yeganə qız təmsilçimiz Alyona Kaporeyko 1 nəfərlik, Kamal Xanlarov – Qardaşxan Hüseynli dueti 2 nəfərlik qoşa avarlı, Novruz Əliyev – Bayram Əliyev dueti 2 nəfərlik sükansız qayıqla çıxış edib. Onların heç biri əsas finala yüksələ bilməyiblər.
Qeyd edək ki, Beynəlxalq “Dostluq” reqatasında Azərbaycan yığmasından əlavə, Belarus, Estoniya, Gürcüstan, Latviya, Litva, Moldova, Rusiya və Ukrayna da mübarizə aparıb.

Oxşar yazılar

"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12