Ağırlıqqaldıranımız 4-cü dəfə Avropa çempionu oldu
01 iyun 2011 18:41 (UTC +04:00)

Ağırlıqqaldıranımız 4-cü dəfə Avropa çempionu oldu

Lent.az-ın məlumatına görə, yarışın ilk günündə “körpücük” üzərinə çıxan Akif Alıyev qızıl medal qazanıb.

56 kq çəki dərəcəsində çıxış edən Alıyev birdən 77 kq, təkanla isə 95 kq ağırlığın öhdəsindən gəlib. Bununla da təmsilçimiz M-4 yaş qrupu (50 – 54 yaşlılar) üzrə karyerasında 4-cü dəfə Avropa çempionu olub. O, həm də 2 qat dünya çempionu və VII Ümumdünya Oyunlarının qalibi, dünya rekordçusudur.

Qeyd edək ki, iyunun 4-dək davam edəcək qitə çempionatında dünya və Avropa çempionatlarının gümüş mükafatçısı Natiq Ağayev M-3 yaş qrupu üzrə 105 kq, Ağakərim Kərimov M-1 yaş qrupu üzrə 105 kq-dan yuxarı, Zəfər Tağıyev isə M-1 yaş qrupu üzrə 77 kq çəki dərəcəsində çıxış edəcək. Onları yarışa yığma komandanın baş məşqçisi Oqtay Muxtarov hazırlayıb. Nümayəndə heyətinin rəhbəri Natiq Ağayev iyunun 2-də Usta Ağır Atletlərin Avropa Komitəsi tərəfindən təşkil olunacaq konqresdə 2012-ci ildə Lənkəran şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq barədə məruzə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar