Azərbaycan mundial təşkilatçısını seçə biləcək
Lent.az-ın məlumatına görə, bunu FİFA-nın İsveçrənin Sürix şəhərində keçirilən 61-ci Konqresindəki çıxışı zamanı qurumun prezidenti Zepp Blatter deyib.
İsveçrəli futbol funksionerinin fikrincə, təşkilatçı ölkənin seçim hüququnu 24 nəfərlik FİFA İcraiyyə Komitəsinə yox, 200-dən çox Konqres üzvünə etibar etməklə, ali futbol təşkilatı korrupsiya qalmaqallarından qurtula bilər. Hansı ki, həmin qalmaqallar 2018 və 2022-ci il dünya çempionatlarının ev sahibinin seçkisindən sonra baş qaldırmışdı. Beləliklə, 2026-cı il dünya çempionatının təşkilatçı ölkəsini Azərbaycan da seçəcək. Blatterin fikrincə, hazırda FİFA problemli dövr yaşayır: “Lakin gəmi dalğalı suyu keçməlidir. Mən isə bu gəminin kapitanı kimi qalmağa hazıram”.
Qeyd edək ki, 2018 və 2022-ci il dünya çempionatlarının sahiblərinin seçimi prosesinə FİFA İcraiyyə Komitəsinin 24 üzvündən 22-si qatılıb. Təşkilatın Konqresinə 208 üzv ölkə daxil olacaq.

441