Millinin sabiq futbolçusu həbs olundu
01 iyun 2011 15:04 (UTC +04:00)

Millinin sabiq futbolçusu həbs olundu

Lent.az-ın “Sport Inside” nəşrinə istinadən verdiyi məlumata görə, Sinyori danışılmış oyunlar və pul qoyuluşu fırıldaqçılığı işi ilə əlaqədar saxlanılanlar sırasına düşüb.

Danışılmış oyunların təşkilində şübhəli bilinənlərin həbsi üçün aparılmış genişmiqyaslı polis əməliyyatı İtaliyanın 10 şəhərini əhatə edib. Ümumilikdə 16 nəfər tutulub. Onların arasında İtaliyanın aşağı divizionlarında çıxış edən futbolçular da var. Sinyori ev dustaqlığındadır. Polis onu və digər saxlanılanları futbol dünyasında öz əlaqələri vasitəsilə matçların nəticələrinə təsir etməkdə şübhəli bilir.

Qeyd edək ki, Cüzeppe Sinyori 1990-cı illərin ortalarında “Latsio”nun kapitanı olub. O, həmin komandanın heyətində 3 dəfə İtaliya A seriyasının bombardiri sayılıb. Sinyori 1992 – 1995-ci illərdə İtaliya yığmasında 28 oyuna 7 qol vurub. Forvard karyerasını 2006-cı ildə başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar