“İnter” 3 futbolçusu ilə vidalaşdı
01 iyun 2011 12:44 (UTC +04:00)

“İnter” 3 futbolçusu ilə vidalaşdı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar David Odikadze, Filip Despatovski və Kaxaber Mjavanadzedir.

Odikadze karyerasını vətəni Gürcüstanda davam etdirəcək. O, Tiflisin “Dinamo” komandası ilə 3 illik müqavilə imzalayıb. Despatovski və Mjavanadze ilə imzalanmış müqavilənin müddəti isə uzadılmayıb.

Qeyd edək ki, qışda “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku”nu Bakıya gətirmiş “İnter” Avropa kuboklarına vəsiqə qazana bilməyib. Baş məşqçi Kaxaber Tsxadadzenin komandası Unibank Premyer Liqasında 5-ci yeri tutub, NBC Bank Azərbaycan Kubokunda isə finalda uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar