Dünyanın 50 ən varlı idmançısı siyahısı açıqlanıb
01 iyun 2011 10:53 (UTC +04:00)

Dünyanın 50 ən varlı idmançısı siyahısı açıqlanıb

24 yaşlı idmançının illik gəliri 24,2 milyon dollardır ki, bu da ona siyahıda 29-cu yeri tutmağa imkan verib. Şarapova “Top-50”də ardıcıl ikinci il yeganə qadın idmançı kimi qalıb. Onun son 12 ayda əsas gəlir mənbələri “Nike” və “Cole Haan” firmaları ilə reklam müqavilələrindən qonorarlar olub.

Ötən il daha çox ABŞ qolfçusu Tayger Vuds gəlir əldə edib. Vuds 75 milyon dollar qazanıb. Basketbolçu Kobi Brayant 54 milyon dollar, Lebron Ceyms isə 48 milyon dollar əldə edib.

Ümumiyyətlə, ən gəlirli idman növləri basketbol, futbol, qolf və tennisdir. Ötən 12 ayda “Forbes”in siyahısındakı 50 atlet üst-üstə 1,4 milyard dollar qazanıb ki, bu da onların hər birinin orta hesabla 28 milyon dollara sahib olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1001

Oxşar yazılar