Dünya Kubokunda 3 gümüş, 1 bürünc medal
Almaniyanın Duysburq şəhərində keçirilmiş Dünya Kubokunun III mərhələsi Azərbaycanın kayak və kanoeçiləri üçün uğurlu nəticələrlə əlamətdar olub. Lent.az-ın məlumatına görə, yığmamız yarışı 3 gümüş, 1 bürünc medalla başa vurub.
7 - 9 mayda Polşanın Poznan şəhərində təşkil olunmuş I mərhələdə 2 gümüş, 1 qızıl medalı yalnız 2010-cu ilin Avropa çempionları Sergey Bezuqlıy – Maksim Prokopenko dueti qazanmışdısa, bu dəfə mükafatçılar sırasına 2009-cu ilin dünya və Avropa çempionu Valentin Demyanenko da qoşulub. Zədə üzündən ötən ili buraxan Demyanenko 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı öncəsi nəyə qadir olduğunu ortaya qoyub. O, 1 nəfərlik qayıqla (C-1) yürüşdə bir gümüş, bir bürünc medala sahib çıxıb. Bürünc medala 500 metr məsafəyə yürüşdə yiyələnən 28 yaşlı kanoeçimiz gümüş medalı olimpiya məsafəsi sayılan 200 metr məsafəyə yürüşdə qazanıb. Finişə 40,192 saniyəyə çatan Demyanenko birinci yerin sahibi, rusiyalı İvan Ştıldan cəmi 0,274 saniyə geri qalıb. O, I mərhələdə həmin məsafəni 43,230 saniyə nəticə ilə 4-cü pillədə başa vurmuşdu. Bu isə idmançımız üçün cəmi 3 həftəyə həm vaxt, həm də yer baxımından irəliləyiş deməkdir.
Digər tərəfdən, cəmi 19 yaşı olan digər kanoeçimiz Andrey Kraytor olimpiya məsafəsində əsas finala çıxıb və 40,964 saniyə nəticə ilə 8-ci yeri tutub. Halbuki I mərhələdə Kraytor 45,832 saniyə nəticə ilə 16-cı olmuşdu. 500 metr məsafəyə yürüşdə isə o, 1 dəqiqə 52,394 saniyə nəticə ilə B finalında 1-ci, ümumi hesabda 10-cu yeri tutub. I mərhələdə Kraytor 8-ci yeri tutsa da, 2 dəqiqə 9,173 saniyə nəticə göstərmişdi.
2 nəfərlik kanoe qayığı (C-2) ilə mübarizə aparan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərdə əsas finala yüksəlib. Onlar 2 qızıl, 1 gümüş medal qazandıqları Dünya Kubokunun I mərhələsi ilə müqayisədə, bu dəfə cəmi 1 gümüş medalla kifayətləniblər. Lakin həmin medalın olimpiya məsafəsi sayılan 1000 metr məsafəyə yürüşdə əldə edilməsi və kanoeçi cütlüyümüzün hər 3 məsafəyə yürüşdə finala yüksəlişi onların demək olar ki, sabit çıxışından xəbər verir.
1 nəfərlik qayıqla (C-1) yürüşdə daha bir olimpiya məsafəsi sayılan 1000 metr məsafəni Adnan Əliyevlə Boqdan Kurudz qət edib. Cəmi 18 yaşı olan Boqdan Kurudz Adnan Əliyevdən yaxşı çıxış edib. Kurudz 4 dəqiqə 3,575 saniyə nəticə ilə ümumi hesabda 16-cı olub. O, I mərhələdə 4 dəqiqə 44,440 saniyə nəticə ilə 17-ci yeri tutmuşdu. Bu da kanoeçimizin nəticəsinin yaxşılaşmasından xəbər verir.
Kayakçılarımız da Dünya Kubokunun I mərhələsi ilə müqayisədə daha yaxşı çıxış ediblər. Cəmi 19 yaşa malik Mirnazim Cavadov, eləcə də 17 yaşlı Tamerlan Mustafayevlə 18 yaşlı Rüfət Vəlizadədən ibarət duet 500 metr məsafəyə yürüşdə 10 – 18-ci yerlər uğrunda mübarizə aparıblar. Vəlizadə - Mustafayev dueti 1 dəqiqə 33,285 saniyə nəticə ilə 11-ci olub. O, I mərhələdə 1 dəqiqə 48,173 saniyə nəticə ilə 15-ci yeri tutmuşdu. Cavadov isə 1 dəqiqə 43,083 saniyə göstərici ilə ümumi nəticədə 15-ci olub. Halbuki o, I mərhələdə 2 dəqiqə 0,705 saniyə nəticə ilə 18-ci yerlə kifayətlənmişdi. Vəlizadə - Mustafayev duetinin kişilərin mübarizəsində 500 metr məsafəyə yürüşdə göstərdiyi nəticə onların 29 – 31 iyulda Almaniyanın Brandenburq şəhərində keçiriləcək yeniyetmələr arasında dünya çempionatında daha uğurla çıxış edəcəyindən xəbər verir.
Dünya Kubokunun III mərhələsində kanoeçilərimiz təkcə fərdi mübarizədə deyil, komanda şəklində də planetin ən güclülərindən olduqlarını nümayiş etdiriblər. Təsadüfi deyil ki, Maksim Prokopenko, Sergey Bezuqlıy, Andrey Kraytor və Valentin Demyanenkodan ibarət “kvartet” estafet yürüşündə gümüş medal qazanıb. Onlar 2 dəqiqə 53,336 saniyə nəticə göstəriblər. Kanoeçi “4-lüy”ümüz yalnız rusiyalı rəqiblərinə cəmi 0,247 saniyə uduzublar.
Beləliklə, Dünya Kubokunun III mərhələsində kayak və kanoeçilərimizin göstərdikləri nəticələr onların gələcəkdə daha böyük uğurlara imza atacaqlarından xəbər verir. Cəmi bir aydır ki, Polşada təlim-məşq toplantısında olan idmançılarımızı qarşıda daha 2 mühüm sınaq gözləyir. Kayak və kanoeçilərimiz əvvəlcə 17 – 19 iyunda Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq Avropa çempionatına qatılacaqlar. 17 – 21 avqustda isə onlar Macarıstanın Seqed şəhərində təşkil olunacaq olimpiya lisenziyalı dünya çempionatında yarışacaqlar. Milli komandamız hər iki çempionata hazırlığını Polşada davam etdirəcək.

465