FİFA nəhəng sponsorlarını itirə bilər
Son vaxtlar FİFA-nın üzləşdiyi qalmaqal ali futbol qurumunun sponsorlarını narahat etməyə başlayıb. Lent.az-ın “BBC News”a istinadən verdiyi məlumata görə, FİFA-nın nəhəng tərəfdaşları olan “Coca Cola” və “Adidas” şirkətləri korrupsiya ilə bağlı münaqişənin sponsorların reputasiyasına mənfi təsir etdiklərini bəyan ediblər.
Daha bir baş sponsor “Emirates” aviadaşıyıcısı da mübahisəli məsələlərin tezliklə həll ediləcəyinə ümid etdiyini bildirib. Lakin şirkətlərdən heç biri FİFA ilə müqaviləni dərhal pozmaq niyyətini açıqlamayıb. “Adidas” nümayəndələri əməkdaşlıqdan məmnun olduqlarını və 2014-cü il dünya çempionatının da baş sponsoru olacaqlarını bildiriblər.
Qeyd edək ki, FİFA ilə bağlı qalmaqal 2018 və 2022-ci il dünya çempionatlarının təşkilatçılıq hüququnun müvafiq olaraq Rusiya və Qətərə verilməsindən sonra başlayıb. Təşkilatçılıq uğrunda mübarizədə qalib gələ bilməyən İngiltərə Futbol Federasiyası iyunun 1-də keçiriləcək FİFA prezidenti seçkisini boykot edəcəyini bildirib. Hazırkı prezident Yozef Blatterin rəqibi Məhəmməd bin Həmmam qalmaqalla əlaqədar seçkidə iştirakdan imtina edib. FİFA İcraiyyə Komitəsinin bir neçə üzvü isə rüşvət ittihamı ilə vəzifələrindən kənarlaşdırılıblar.

525