“Qarabağ” daha iki futbolçusu ilə müqaviləni uzatdı
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin oyunçular Zaur Həşimov və İlqar Qurbanovdur.
Hər iki futbolçu ilə bir illik yeni anlaşma əldə edilib.
2008-ci ilin yanvarından “Qarabağ”ın şərəfini qoruyan Həşimov sağ cinah müdafiəçisi kimi tanınsa da, sol cinahda da oynamağı bacarır. Dayaq yarımmüdafiəçisi kimi də sınanan 30 yaşlı futbolçudan baş məşqçi Qurban Qurbanov daha çox müdafiənin mərkəzində istifadə edir. O, klubun saytına açıqlamasında karyerasını “Qarabağ”da başa vurmaq istədiyini söyləyib: “Təbii ki, “Qarabağ”da karyeramı davam etdirəcəyim üçün sevinirəm. Bir qarabağlı olaraq sevimli komandamda oynamaq çox xoş bir duyğudur. Artıq 4 ildi ki “Qarabağ”da oynayıram. Bu, heç də az müddət deyil. Həm də komandanın “qızıl” dövrünün bir parçası olmaq da qürurvericidir. Təbii ki, istərdim karyeramı elə “Qarabağ”da bitirim. “Qarabağ”da sadəcə futbol haqqında düşünürük. Əla kollektivimiz var. İnşallah, qarşıdakı mövsümün də bizim üçün uğurlu olmasını istəyirəm”.
Qışda “Qarabağ”ın sıralarına qoşulan İlqar Qurbanov isə yeni mövsümdə karyerasının ən uğurlu dönəmini yaşamağı planlaşdırır: “Yeni müqavilə bağladığıma görə məmnunam. Rəhbərliyin və Qurban Qurbanovun mənə etimad göstərdiyinə görə öz təşəkkürümü bildirirəm. Son oyunlarda məni meydana buraxmaqla baş məşqçimiz mənə inandığını göstərdi. “Qarabağ”da güclü heyət formalaşıb. Forma uğrunda gərgin mübarizə gedir. Amma Qurban müəllim formanı kim çox istəyirsə ona verir. Bu il daha uğurlu çıxış edəcəyimizə inanıram. İlk olaraq Avrokuboklar gəlir. İnanıram ki, bu il də azarkeşlərimizi uğurlu nəticələrlə sevindirə biləcəyik. Eyni zamanda çempionatın və ya kubokun ən azından birini qazanmaq gücündəyik. Mən də var-gücümlə “Qarabağ”ın uğur qazanmasına köməklik göstərəcəyəm”.

Oxşar yazılar

Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12
"Misirin kəndindən gələn uşaq üçün..." - Salahdan "Qızıl top"la bağlı ETİRAF
10 may 2025 , 18:18
"Arsenal" 60 milyona yarımmüdafiəçi aldı
10 may 2025 , 14:21