Futbolumuzu təbliğ edən jurnalistlər mükafatlandırıldı
Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən MŞ-nin sədri Əflatun Amaşov dünyada futbolun populyarlığından danışıb.
Onun fikrincə, futbolu gözəl edən topun qapını keçməsi yox, onu tamaşaçılara, oxuculara çatdıran şərhçilər, jurnalistlərdir. Ə.Amaşov futbolun təbliğində jurnalistlərin böyük xidmətlərinin olduğunu bildirib. Sonra dünyadan köçmüş bir sıra futbol yazarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
MŞ sədri futbolumuzun 100 illiyi ilə bağlı Bakı Futbol Federasiyası ilə birgə keçirdikləri tədbirlərə toxunub. O, jurnalistlərin polislər və deputatlarla futbol matçlarının təşkil edildiyini xatırladıb. Futbolumuzun hazırkı durumunun heç də hamını qane etmədiyini deyən Ə.Amaşov gələcəkdə komandalarımıza “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsindəki kimi qələbələr arzulayıb.
Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadə Azərbaycan futbolunun 100 illiyi ilə əlaqədar futbolumuzun təbliğində xidmətləri olan 33 jurnalisti mükafatlandırmağı qərara aldıqlarını bildirib. Onun sözlərinə görə, sayın məhz 33 olması təsadüfi deyil: “Əvvəlcə bir komandanın sayı qədər – 11 nəfəri mükafatlandırmaq istəyirdik. Sonra bu rəqəm iki komandalıq – yəni 22 nəfər oldu. Yekunda isə qərara aldıq ki, yaşlı yazarlarla yanaşı, nisbətən gənc nəsil jurnalistləri də mükafatlandırılanlar sırasına daxil edək. Beləliklə, mövsümün sonunda müəyyənləşdirilən 33 ən yaxşı futbolçu kimi, futbolumuzun 100 illiyi ilə əlaqədar mükafata layiq görülənlərin sayı da 33-ə çatdırıldı”.
Beləliklə, futbolumuzun təbliğində xidmətləri olan futbol yazarlarından 33-ü MŞ-nin fəxri diplomu və AFFA-nın mükafatları ilə təltif olunub. Onların arasında APA-nın baş direktorunun müavini Nurşən Quliyev və Lent.az-ın əməkdaşı Elşən Məmmədov da var.
Tədbirin sonunda “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli futbol jurnalistikasındakı problemlərdən danışıb. O, idman mətbuatına da əlaqədar qurumlar tərəfindən yardımın ayrılmasını təklif edib.
Nizam RZA

574