Azərbaycanlı duet Dünya Kubokunun finalında!
27 may 2011 19:26 (UTC +04:00)

Azərbaycanlı duet Dünya Kubokunun finalında!

Lent.az-ın məlumatına görə, 1000 metr məsafəyə yürüşdə Azərbaycan kanoeçilərindən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti finala yüksəlib. 2 nəfərlik qayıqla çıxış edən duet seçmə mərhələni 3 dəqiqə 57,985 saniyə nəticə ilə 5-ci pillədə başa vurub. Bu nəticə ilə Bezuqlıy – Prokopenko cütlüyü növbəti mərhələyə çıxıb. Yarımfinalda kanoeçi duetimiz 3 dəqiqə 39,603 saniyə nəticə ilə 1-ci yeri tutub. Beləliklə, Bezuqlıy – Prokopenko dueti əsas finala yüksəlib.



1000 metr məsafəyə 1 nəfərlik qayıqla yürüş edən daha 2 kanoeçimiz – Adnan Əliyev və Boqdan Kurudz isə mükafatçılar sırasına düşə bilməyib. Əliyev seçmə mərhələdə 4 dəqiqə 17,639 saniyə nəticə ilə 5-ci, Kurudz isə 4 dəqiqə 13,202 saniyə nəticə ilə 7-ci yeri tutub. Yarımfinalda isə Kurudz daha yaxşı nəticə göstərib. O, 4 dəqiqə 12,353 saniyə nəticə ilə 6-cı olduğu halda, Əliyev 4 dəqiqə 32,648 saniyə göstərici ilə 9-cu yeri tutub. Onlardan Kurudz 10 – 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında yarışacaq. Əliyev isə çıxışlarını başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar