Karlo Ançelotti İngiltərədən əl çəkmir
Lent.az-ın “The Sun”a istinadən verdiyi məlumata görə, “zadəganlar”ın sükanı arxasında iki ilədək çalışmış italiyalı mütəxəssis yeni iş yeri axtarmağa tələsmədiyini vurğulayıb.
O, məşqçilik karyerasında pauza götürməyə hazır olduğunu bildirib. Ançelottinin sözlərinə görə, demək olar ki, 1995-ci ildən sonra onun karyerasında pauza olmayıb. Bu səbəbdən, Ançelotti boş vaxtını futboldan başqa nəyəsə həsr edə bilər. O, yaxın vaxtlarda Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edərək, “Zenit”in baş məşqçisi Luçano Spaletti ilə söhbət etmək niyyətindədir. İtaliyalı mütəxəssis Spalettinin sabiq klubu “Roma”dan təklif almadığını da əlavə edib.
Qeyd edək ki, Karlo Ançelottinin “Çelsi”nin baş məşqçi postundan istefasından sonra İtaliya və İngiltətə mətbuatı onu “Roma”nın baş məşqçi postuna namizəd göstərib. Ançelotti “Çelsi”yə 2009-2010-cu il mövsümünün əvvəllərində rəhbərlik edib. O, ilk mövsümündəcə “zadəganlar”ı İngiltərə çempionluğuna və kubokuna qovuşdurub. Lakin 2010-2011-ci il mövsümündə Ançelottinin rəhbərlik etdiyi “Çelsi” titulsuz qalıb. Bu səbəbdən, klubun sahibi Roman Abramoviç onu istefaya göndərib.

Oxşar yazılar

Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12
"Misirin kəndindən gələn uşaq üçün..." - Salahdan "Qızıl top"la bağlı ETİRAF
10 may 2025 , 18:18
"Arsenal" 60 milyona yarımmüdafiəçi aldı
10 may 2025 , 14:21