Uinston Parks və Georgi Adamiya mükafatlandırıldı
Lent.az-ın məlumatına görə, aprel ayında ən yaxşı futbolçu adına “Xəzər Lənkəran”ın hücumçusu Uinston Parks seçilib. May ayının ən yaxşısı adına isə “Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya yiyələnib.
Qaliblər ölkə birinciliyində iştirak etmiş 12 futbol klubunun baş məşqçi və kapitanları həmçinin 23 KİV nümayəndəsinin iştirakı ilə keçirilən sorğuya əsasən müəyyən olunub. Aprel ayının qalibi olan Uinston Parks respondentlərin 30, Georgi Adamiya isə 58 faizinin səsini toplayıb.
Qeyd edək ki, Unibank-ın təsis etdiyi mükafatın təqdimetmə mərasimində qalib futbolçular iştirak etməyib. Uinston Parks ölkəsində istirahət etdiyindən, Adamiya isə Gürcüstan milli komandasının düşərgəsində olduğundan tədbirə qatılmayıb. Qalib futbolçulara təqdim olunan 1111 manat pul mükafatını və qiymətli hədiyyələri təmsil etdikləri klubun mətbuat xidmətinin rəhbərləri qəbul edib.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12
"Misirin kəndindən gələn uşaq üçün..." - Salahdan "Qızıl top"la bağlı ETİRAF
10 may 2025 , 18:18
"Arsenal" 60 milyona yarımmüdafiəçi aldı
10 may 2025 , 14:21