Bu dəfə Dünya Kubokunun III mərhələsində
Mayın 27-də Almaniyanın Duysburq şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun III mərhələsi start götürəcək. Lent.az-ın məlumatına görə, 47 ölkənin iştirak edəcəyi yarışda Azərbaycan da geniş heyətlə təmsil olunacaq.
Milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov mayın əvvəllərindən təlim-məşq toplantısında olan komandamızın 9 üzvünü sınaqdan çıxaracaq. Kanoeçilərin mübarizəsində dünya və Avropa çempionu Valentin Demyanenko ilə yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı Andrey Kraytor 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər. Boqdan Kurudz və Adnan Əliyev isə eyni kateqoriyalı qayıqla 1000 metr məsafəni qət edəcəklər. 7 – 9 mayda Polşanın Poznan şəhərində keçirilmiş Dünya Kubokunun I mərhələsində 2 qızıl, 1 gümüş medal qazanmış Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla yenə 200 metr, 500 metr və 1000 metr məsafələrə yürüşlərə qatılacaqlar.
Kayakçıların yarışında Mirnazim Cavadov 1 nəfərlik qayıqla, Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti isə 2 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər.
Qeyd edək ki, Dünya Kubokunun I mərhələsinə qatılmış yeganə qadın kayakçımız Natalya Fiklisova zədə üzündən Duysburqda çıxış etməyəcək. Dünya Kubokunun III mərhələsinə mayın 29-da yekun vurulacaq.

521