Çempionlar Liqası: “Barselona”dan “şeytan qisası” zamanı
Lent.az-ın məlumatına görə, Avropa klubları arasında ən nüfuzlu turnirin final matçında İspaniya “Barselona”sı ilə İngiltərə “Mançester Yunayted”i üz-üzə gələcək.
Oyun İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək. Əfsanəvi arena rekonstruksiyadan sonra 4 il öncə açılıb. Əvvəlki stadion isə hər iki komanda üçün uğurlu olub. “Mançester Yunayted” 1967-1968-ci il mövsümündə Çempionlar Kubokunu, “Barselona” isə 1991-1992-ci il mövsümündə Çempionlar Liqasını qazanıb.
“Barselona” və “Mançester Yunayted”in yolları daha öncə 2008-2009-cu il mövsümündə də Çempionlar Liqasının finalında kəsişib. İtaliyanın paytaxtı Romadakı “Olimpiko” stadionunda keçirilmiş görüşdə qələbəni “Barselona” qazanıb – 2:0. Həmin matçı “qırmızı şeytanlar”ın baş məşqçisi Aleks Ferqyuson belə xatırlayır: “Roma finalının ilk 15 dəqiqəsi ərzində 2 dəfə fərqlənə bilərdik. Lakin 10-cu dəqiqədə biz qol buraxdıqdan sonra kataloniyalılar bu gün müntəzəm nümayiş etdirdikləri oyunu sərgiləməyə başladılar. Rəqib mərkəz hücumçusu olmadan çıxış edirdi. Həmin gecə biz yeni “Barsa”nı gördük. O vaxtdan “göy-narıncılar” daha güclü olublar”.
“Barselona”nın baş məşqçisi Xosep Qvardiola isə qarşıdakı oyunda psixoloji üstünlüyün “Mançester Yunayted”in tərəfində olacağını söyləyib: “Çünki onlar 2 il öncəki finalda üzləşdikləri məğlubiyyətin əvəzini çıxmaq üçün alışıb-yanırlar”.
Görüş öncəsi hər iki komandanın heyətindəki ulduz futbolçular bir-birilərinin ünvanına komplimentlər səsləndiriblər. Kataloniyalılar ilk növbədə Rayan Giqqz və Pol Skoulzu, “qırmızı şeytanlar” isə Lionel Messi, Andres İnyesta və Xavi Ernandesi tərifləyiblər. Ferqyuson isə hesab edir ki, “Barsa” təkcə Messidən ibarət deyil. Amma onun fikrincə, argentinalı futbolçunun neytrallaşdırılması uğurun yarısıdır: “Qvardiolanın komandası çox güclüdür. Belə rəqibə qarşı son dərəcə səliqəli oynamaq lazımdır. Tez-tez yol verdiyimiz axmaq qollardan buraxmaq olmaz. Kataloniyalıların gücü Xavi – İnyesta – Messi “trio”sundadır. Onlarla bacarsaq, finalın qalibi biz olacağıq. Biz də çox şeyə qadirik. Rəqibə xeyli problemlər yarada bilən dahi futbolçularımız var”.
Qvardiola isə “Mançester Yunayted”i fantastik komanda adlandırıb. O, gənc mütəxəssis kimi belə rəqiblə üzləşməyi özü üçün fəxr sayıb: “Mançesterlilərlə qarşılaşmada heç bir komanda favorit sayıla bilməz. “Qırmızı şeytanlar”ın futbolçularından Skoulzu xüsusi qeyd edərdim. O, öz nəslinin oyunçuları arasında ən yaxşı yarımmüdafiəçidir. Daha bir əsas oyunçu isə Giqqzdir”.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:45-də başlanacaq görüşü macarıstanlı referi Viktor Kaşşai idarə edəcək.

597