Yığmamızın sabiq futbolçusu Rusiya klubuna baş məşqçi təyin olundu
19 may 2011 10:55 (UTC +04:00)

Yığmamızın sabiq futbolçusu Rusiya klubuna baş məşqçi təyin olundu

Lent.az-ın “Anji”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağayev Rusiyanın II divizionunda (“Cənub” zonası) çıxış edən “Dağdizel” klubuna baş məşqçi təyin olunub.

“Dağdizel” 4 turdan sonra 15-ci yeri tutur. Ağayev bu təyinatı belə şərh edib: “Mənə özümü baş məşqçi qismində sınamaq təklif olundu. Belə perspektivli işdən imtina etmədim. Hər halda nə vaxtsa baş məşqçi kimi işə başlamaq lazım idi. Xoşdur ki, belə şans qismət oldu. Digər tərəfdən, bu, baş məşqçi kimi mənim üçün ilk sınaq olacaq. Çünki futbolçu karyeramı ötən il başa vurmuşam. Fikrimcə, hər şey normal olsa, işim alınacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar