Unibank Premyer Liqası: Gümüş və bürünc medalların sahibləri məlum oldu
19 may 2011 10:18 (UTC +04:00)

Unibank Premyer Liqası: Gümüş və bürünc medalların sahibləri məlum oldu

Lent.az-ın məlumatına görə, XXXII turun mayın 18-də keçirilmiş oyunları nəticəsində “Xəzər Lənkəran”ın gümüş, “Qarabağ” isə bürünc medala sahib çıxıb.

Hələ 3 tur öncə çempionluğu təmin etmiş “Neftçi” “Xəzər Lənkəran”la bu mövsüm keçirdiyi 6-cı matçını da qələbə ilə başa vura bilməyib. İkinci hissənin əvvəlində Kamran Ağayevin səhvindən sonra Cavid İmamverdiyevin qolu ilə hesabda irəli çıxan flaqmanın sevinci bir dəqiqə sürüb. Culius Vobay Lənkəran komandasının bərabərlik topunu vurub. Bundan az sonra “Neftçi”nin futbolçusu Rəşad Abdullayev simulyasiyaya görə ikinci sarı vərəqə ilə meydançadan qovulub. Azlıqda qalmasına baxmayaraq, flaqman heç-heçəni qoruyub. Paralel oyunda “Qarabağ” AZAL üzərində qələbəni əldən verib. 1:3 hesabı ilə uduzan Ağdam komandası ardıcıl ikinci mövsüm bürünc medalla kifayətlənib. AZAL isə 4-cü yeri tutub. “Bakı”nı məğlub etmiş son çempion “İnter” 5-ci pillə ilə kifayətlənib. İlk “6-lığ”ı ölkə kubokunun ötənilki sahibi “Bakı” qapayıb.

18 may (çərşənbə)

“Bakı” – “İnter” (Bakı) – 0:1

Rövşən Əmiraslanov, 26

AZAL (Bakı) – “Qarabağ” (Ağdam) – 3:1
Mensur Limani, 41; Mirko Bunyevçeviç, 43; Enyo Krastovçev, 88// George Adamiya, 12

“Neftçi” (Bakı) – “Xəzər Lənkəran” – 1:1
Cavid İmamverdiyev, 46 - Culius Vobay, 47
Qırmızı vərəqə: Rəşad Abdullayev, 53 (“Neftçi”)

Çempionata mayın 19-da ikinci “6-lıq”da keçiriləcək daha 3 oyunla yekun vurulacaq:

16:00. MOİK (Bakı) – “Turan” (Tovuz)
“Bakı” klubunun təlim-məşq bazasının stadionu.

16:00. “Simurq” (Zaqatala) – “Gəncə”
Zaqatala şəhər stadionu.

16:00. “Qəbələ” – “Muğan” (Salyan)
”Şəfa” stadionu.

Turnir cədvəli

 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

32

19

10

3

53-17

67

2

Xəzər Lənkəran

32

16

12

4

38-18

60

3

Qarabağ

32

17

7

8

41-22

58

4

AZAL

32

13

10

9

36-28

49

5

İnter

32

13

10

9

29-24

49

6

Bakı

32

10

10

12

33-32

40

7

Qəbələ

31

12

12

7

29-17

48

8

Muğan

31

13

8

10

28-29

47

9

Gəncə

31

8

12

11

30-33

36

10

Turan

31

7

6

18

23-43

27

11

Simurq

31

3

7

21

16-49

16

12

MOİK

31

3

6

22

10-54

15



Bombardirlər: Georgi Adamiya (“Qarabağ”) – 18, Bahodir Nasimov (“Neftçi”) – 15, Flavio Aleks Valensio (“Neftçi”) - 11 qol
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar