Avropa Liqası: Portuqaliyaya kuboku kim aparacaq?
Mayın 18-də Avropa Liqasında 2010-2011-ci il mövsümünün final matçı keçiriləcək. Lent.az-ın məlumatına görə, İrlandiya paytaxtındakı “Dublin Arena”da Portuqaliyanın iki klubu – “Portu” və “Braqa” üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 23:45-də başlanacaq oyunu ispaniyalı referi Karlos Velasko Karbalyo idarə edəcək. Avropa kuboklarının finalında Portuqaliya təmsilçiləri ilk dəfə qarşılaşacaqlar. “Portu” artıq ölkə çempionluğunu təmin edib. “Braqa” isə ötən mövsümün gümüş mükafatçısıdır. Avroliqanın yarımfinal mərhələsinin cavab görüşündə İspaniya “Vilyarreal”ına 2:3 hesabı ilə uduzan “Portu”nun qitəmiqyaslı yarışlarda 5 oyunluq qələbə seriyasına son qoyulub. “Əjdahalar”ın bu mövsüm 16 matçda statistikası belədir: 13 qələbə, 1 məğlubiyyət, 2 heç-heçə. Top fərqi isə 43:16-dır.
“Braqa” isə mübarizəyə Çempionlar Liqasının III təsnifat mərhələsindən başlayıb. Portuqaliya vitse-çempionu Şotlandiyanın “Seltik” və İspaniyanın “Sevilya” klublarını mübarizədən kənarlaşdıraraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Baş məşqçi Dominquş Pasyensiyanın komandası Avropa arenasında 18 matçda 9 qələbə, 3 heç-heçə, 6 məğlubiyyət alıb. Top fərqi 20:20-dir. Çempionlar Liqasında qrup mərhələsini 3-cü pillədə başa vuran “Braqa”nın Avropa Liqasındakı 8 görüşdə göstəriciləri 3 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət, top fərqi isə 6:4 olub. Pasyensiya vaxtilə futbolçu kimi “Portu”nun şərəfini qoruyub. Bu baxımdan, “Braqa” qalib gəlsə, o, keçmiş klubunu Avroliqanın (UEFA Kubokunun) finalında üstələmiş ilk baş məşqçi olacaq.
“Portu” və “Braqa” Portuqaliya miqyasında 131 dəfə üz-üzə gəlib. “Portu” 92, “Braqa” 17 qələbə qazanıb, 22 görüş heç-heçə bitib. Bu komandalar Portuqaliya Kubokunun finalında 2 dəfə qarşılaşıblar. Hər iki halda “Portu” qalib gəlib. “Braqa” indiyədək heç vaxt Avrokubokların finalına yüksələ bilməyib. Komandanın ən yaxşı nəticəsi 2006-2007 və 2008-2009-cu il mövsümlərində 1/8 finala vəsiqə qazanması olub. “Portu” isə 1986-1987 və 2003-2004-cü il mövsümlərində Çempionlar Liqasının (Kubokunun), 2002-2003-cü il mövsümündə UEFA Kubokunun qalibi olub.

Oxşar yazılar

Çempionlar Liqası: “Qarabağ” səfərdən qalib dönür
24 iyul 2025 , 00:42
“Zirə” “Hayduk”la bacarmadı
23 iyul 2025 , 22:05
Vinisiusu “Real” ilə yeni müqavilə narahat etmir: üç modellə çimərlikdə dincəlir
23 iyul 2025 , 19:46
Anri Messi və Ronaldosuz tarixin ən yaxşı 5 futbolçusunu AÇIQLADI: Onlardan birini dahi hesab edir
23 iyul 2025 , 18:41
Məşhur futbolçuya 600 min dollarlıq oğurluq İTTİHAMI
23 iyul 2025 , 17:17
Futbol aləmində maraqlı HADİSƏ: Ata oğlunu transfer etdi
23 iyul 2025 , 13:53
Caka Premyer Liqaya qayıdır: Komanda da məlumdur
23 iyul 2025 , 11:49