“Beşiktaş” Nihatla müqaviləni ləğv etdi
Lent.az-ın “NTV Spor”a istinadən məlumatına görə, Nihatla müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
32 yaşlı hücumçunun heyətdən kənarlaşdırılması barədə rəsmi açıqlama klub prezidenti Yıldırım Dəmirörənlə görüşündən sonra veriləcək. Qeyri-rəsmi səbəb kimi təcrübəli oyunçunun zəif çıxışı, eləcə də bu yaxınlarda komanda yoldaşı Rikardu Kuarejma və qəzetçi Turqay Dəmirlə dalaşmasıdır.
Qeyd edək ki, Nihat Kahveçi “Beşiktaş”ın aşağı yaş qrupundan yetişib. 1997-ci ildə əsas komandada debüt edən Nihat 2002-ci ildə 5 milyon avro qarşılığında İspaniyanın “Real Sosyedad” klubuna transfer olub. 2003-2004-cü ildə o, 23 qolla bombardirlər siyahısında ikinci yeri tutub. Kahveçi 2004-cü ildə İspaniyada ilin futbolçusu seçilib. 2006-cı ildə “Vilyarreal”a havayı keçən futbolçu ilk mövsümündə zədə üzündən cəmi 9 oyunda forma geyinib və 1 qol vurub. Növbəti mövsüm isə o, 18 dəfə fərqlənib. 2008-ci il Avropa çempionatında Türkiyə yığmasının bürünc medal qazanmasında xidmətləri olan Nihat sonrakı ili “Vilyarreal”da qolsuz keçirib. Kahveçi 2009-cu ilin yayında yenidən “Beşiktaş”a 15 milyon avroya transfer olub. Lakin o, müxtəlif turnirlərdə 52 görüşdə cəmi 9 qol vurub.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19