“Olimpiadaya vəsiqə qazanmağı həddən artıq çox istəyirəm” - MÜSAHİBƏ
22 yaşlı idmançı WSB liqasında Qazaxıstanın “Astana Arlans” klubunun üzvü Kanat Slamı məğlub etmiş yeganə boksçudur. O, mövsüm ərzində 4 qələbə qazanaraq, fərdi reytinqdə 2-ci yeri tutub. Qələbələrin ikisi texniki nokautla baş tutub. Migitinov yeganə məğlubiyyəti “Baku Fires” üçün heç vaxt unudulmayacaq “Paris United”lə yarımfinalın cavab görüşündə Maykl Tavaresdən alıb. İndi “Baku Fires”in bütün ümüdləri fərdi döyüşlərdə iştirak edəcək Migitinov və Məhəmmədrəsul Məcidovla bağlıdır.
Lent.az Soltan Migitinovla müsahibəni təqdim edir:
- Noyabrda mövsüm yeni başlayarkən WSB haqda nə düşünürdünüz? Və indi mövsüm başa çatdıqdan sonra fikirləriniz necədir?
- Bu AİBA-nın həm boksçular, həm də boks həvəskarları üçün atdığı böyük addım idi. Mövsümün sonunda bu layihənin uğurla nəticələndiyinə bir daha hər kəs əmin oldu.
- İndiyəqədərki boks karyeranızdan fərqli bu liqada nələri hiss etdiniz? Sizi daha çox nə stimullaşdırırdı?
- Burada kollektiv ruhunu qeyd etmək istərdim. Bundan başqa, məşqçilərin əməyini də vurğulamalıyam. Onlar bizim yüksək hədəflərə çatmağımız üçün əllərindən gələni etdilər.
- WSB-də hansı görüş daha çox yaddaşınızda qalıb?
- Hər hansı döyüşü fərqləndirə bilmərəm. Bütün qarşılaşmalar təcrübə toplamaq baxımından önəmli idi. Həm də WSB bir məktəb idi bizim üçün. İlk dəfə peşəkar boks həyəcanını burada yaşadıq.
- Mövsüm başlayanda fərdi yarışların finalına vəsiqə qazanacağınızı düşünürdünüzmü?
- Bu mənim əsas məqsədlərimdən idi. Buna nail olduğuma görə çox şadam.
- Rəqibiniz Sergey Derevyançenkonu məğlub etsəniz, London Olimpiadasına lisenziya qazanmaqla yanaşı, həm də 20 000 dollar pul mükafatına da sahib olacaqsınız. Heç bu haqda düşünürsünüz?
- Çox məsul bir döyüşə çıxacağımdan bir qədər həyəcanlıyam. Amma qalib gəlmək üçün bütün bacarığımı ortaya qoyacağam. Olimpiadaya vəsiqə qazanmağı həddən artıq çox istəyirəm. Axı bu, bütün idmançıların əsas məqsədi, hədəfidir. Ümid edirəm ki, arzum həyata keçəcək.
- Parisdə keçirilən yarımfinal görüşündə siz WSB liqasında ilk məğlubiyyəti Mişel Tavaresdən aldınız. Artıq bu döyüşün üstündən xeyli vaxt keçib. Nə qənaətə gəlmisiniz, niyə uduzdunuz?
- Daha yaxşı çıxış edə bilərdim. Sadəcə həmin gün döyüşüm alınmadı. Rəqibim boyca hündür olduğundan ona yaxınlaşa bilmirdim. Tavarez həm də fiziki cəhətdən də çox hazırlıqlı idi. Bütün bunlar artıq keçmişdə qalıb. Tavareslə görüş isə mənim üçün yaxşı mənada dərs oldu.
- Fərdi döyüşdə sizin rəqibiniz böyük təcrübəyə malik olan Sergey Derevyançenko olacaq. Həmin döyüşə hazırlığınız necə gedir?
- Siz haqlısınız, Derevyançenko çox təcrübəli idmançıdır. Ümumiyyətlə, Ukrayna boks məktəbinin həmişə güclü ənənələri olub. Hazırda Mayamidə tanınmış peşəkar boks mütəxəssislərinin rəhbərliyi altında hazırlıq keçirəm. Fiziki cəhətdən də mayın 28-də keçiriləcək qarşılaşmaya yaxşı hazırlaşmalıyam. Axı komanda döyüşlərindən fərqli olaraq, bu dəfə görüş 5 yox, 7 raund davam edəcək. Əminəm ki, Derevyançenkonu məğlub etmək iqtidarındayam.

602