“Azərbaycan yığması Qazaxıstana uduzsa, bunu faciə kimi qəbul etmək olmaz” – MÜSAHİBƏ
AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyevin Lent.az-a müsahibəsi
- Azərbaycanda futbol mövsümü yekunlaşmaq üzrədir. Mövsümü necə dəyərləndirirsiniz?
- Fikrimcə, hazırkı çempionat əvvəlkilərdən daha yaxşı, daha intizamlı, daha hazırlıqlı keçdi. Təbii ki, qüsurlar da var idi. Amma get-gedə inkişaf görünür.
- Qüsurlar dedikdə, nələri nəzərdə tutursunuz?
- Hərdən hakimliklə, futbol meydançaları, stadionların oyunlara hazırlığı ilə bağlı qüsurlar var idi. Amma Premyer Liqa yavaş-yavaş inkişafa doğru gedir. Artıq klublarımız da başa düşürlər ki, rəqabətdə güclü udmalıdır.
- Mayın 24-də “İnter”lə “Xəzər Lənkəran” arasında keçiriləcək NBC Bank Azərbaycan Kubokunun final matçına əcnəbi hakimin gətirilməsi gözlənilmir?
- Xeyr, gözlənilmir. Bu, Azərbaycanda nə vaxtsa olub. Hazırda belə şey yoxdur. Öz hakimlərimiz var. Cavan hakimlər hazırlanır. Onlar ildə bir dəfə Türkiyədə təlim-məşq toplantısı keçirlər. Bilirsiniz, insandırlar da... Xarici futbolları idarə edən hakimlərdə məgər nöqsanlar yoxdur? O qədər var ki... Hər gün baxır, görürük. Olur da... Amma bu gün həm hakimlərin, həm hakim-inspektorların işi inkişafa doğru gedir, çempionatımız yaxşı keçir. İnanıram ki, gələcəkdə hər şey daha yaxşı olacaq.
- AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov mövsümün sonunda bir neçə ədalət təmsilçisi ilə yollarını ayıracaqlarını bildirib...
- Ola bilsin, mövsüm yekunlaşdıqdan sonra onlar Hakimlər Komitəsində bu məsələyə baxacaqlar. Lazımdırsa, məsələni həll edəcəklər. Bu, komitənin işidir.
- Premyer Liqanın formatı ilə bağlı nə təklif edirsiniz?
- Mən hazırkı çempionatın formatı ilə tam razıyam. Hesab edirəm ki, hələ belə də davam etməlidir. Buna öyrəşməliyik. Hər il çempionatın formatının dəyişdirilməsinin əleyhinəyəm. Fikrimcə, “qızıl xallar”ın götürülməsi barədə qərar düzgün idi.
- Amma “qızıl xallar” götürüldüyü üçün çempion sona 3 tur qalmış müəyyənləşdi...
- Burada qəbahət görmürəm. Bu, normaldır. Güclü komanda uda-uda xallarını yığır. Format da dəyişə bilər, amma əsas məsələ oynamaq, yaxşı futbol nümayiş etdirməkdir. Başqa məqsəd yoxdur.
- Yığmamız üçün səviyyəli futbolçu seçimi sarıdan müəyyən çətinliklər yaranır. Bu mənada Premyer Liqada legioner limitinin sərtləşdirilməsi gündəmdə deyil?
- Xeyr. Artıq yığmamızda demək olar ki, yerli futbolçular çıxış edirlər. Hazırda legioner limitinə baxılma məsələsi gündəmdə deyil.
- Bəs komandaların sayının artırılması necə?
- O da həmçinin. Ola bilər ki, gələcəkdə Premyer Liqada komandaların sayı artırılsın. Amma hələlik bu, gözlənilmir.
- Azərbaycan yığması 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində keçirdiyi 3 səfər oyununun hamısında böyük hesabla uduzub. Qarşıdan Qazaxıstanla da səfər oyunu gəlir. İyunun 3-də Astanada keçiriləcək oyundan nə gözləyirsiniz?
- Bilirsiniz, yığmamızın ünvanına çoxlu tənqidlər səsləndirilir. Düzdür, millimiz hazırkı oyunu ilə azarkeşləri sevindirmir, onları qane etmir. Hamı bunu öz çıxışlarında qeyd edir. Amma bir məsələ də var ki, yığmamız bu gün o səviyyədə hazır deyil. Futbolçularımız o səviyyədə deyillər. Bir az gözləmək lazımdır. Görürsünüz, 17 yaşlılardan ibarət yığmamız necə çıxış edir? Udurlar da, uduzurlar da... Hər halda ortada bir ümidverici nəticələri var. Ölkə rəhbərliyi də, AFFA da yığmamıza əlindən gələn köməyi edir. Hamı kömək edir. İnanırıq ki, onlar Qazaxıstanda yaxşı oyun göstərəcəklər. Qazaxıstanda yaxşı oyun göstərməlidirlər. Artıq geriyə yol yoxdur.
- Əks halda, bunu faciə kimi qəbul edəcəksiniz?
- Buna faciə demək, faciə kimi qəbul etmək olmaz. Amma təbii ki, şəxsən mənim özümdə yığmamızla bağlı hansısa fikirlər olacaq. Yəni, gələcəkdə belə getməz, belə olmaz.
- Nə futbolçularla, nə də baş məşqçi ilə?
- Baş məşqçidən danışmıram. Həmişə demişəm ki, Foqts təcrübəli yoldaşdır. Bəzən deyirlər ki, guya o, Almaniyada ən geridə qalan məşqçilərdəndir. Mən belə hesab eləmirəm. Bu adam vaxtilə futbol oynayıb, Almaniya yığmasının baş məşqçisi olub, təcrübəli insandır. Biz xarici ölkələrə gedəndə onun necə məşqlər apardığını görürük. Artıq yığmamızın oyun sisteminin dəyişdiyini hamı görür. Əvvəlki yığma deyil. İndi komanda üzvləri oynayırlar, ötürmə verirlər, qaçırlar, fiziki durumları yaxşılaşıb. Digər tərəfdən, onlar gərək klublarda da çox çalışsınlar. Foqts həmişə deyir ki, klub futbolçunun evidir. Xaricdə futbolçular səhərdən axşamadək klublarında olurlar. Bizimkilər də elə etməli, bütün günü məşq etməlidirlər. Biz inanırıq ki, gələcəkdə yaxşı olacaq.
- Yeri gəlmişkən, Milli Məclisdəki həmkarınız Sabir Rüstəmxanlı yığmamızı “qoyun sürüsü” adlandırıb. Ona bir həmkar kimi iradlarınızı bildirmisiniz?
- Bir həmkar kimi Sabir Rüstəmxanlıya böyük hörmətim var. Amma bu məsələdə mən ona dəstək verə bilmərəm. Bu, yaxşı iş deyil. Ümumiyyətlə, yığma komandaya qoyun sürüsü demək olmaz. Bu, digər ölkənin yox, bizim yığmamızdır. Ola bilər ki, belə düşünür, bu cür də fikirlərini ifadə edib. O sözlərindən sonra söhbətimiz olmayıb. Bəzən insanlar idmanı sevdiklərindən, onun inkişafını istədiklərindən belə ifadələrə yol verirlər. Amma hazırkı yığmamız budur da... Hesab edirəm ki, ölkəmizi təmsil edənlər barədə belə danışmaq düzgün deyil.
- Futbolumuzun 100 illiyinə həsr olunmuş mərasimin hansı formatda qeyd olunması nəzərdə tutulub?
- Yubileyə indidən hazırlıq başlanılıb. Bir sıra silsiləvi tədbirlər keçirilməkdədir. Elə jurnalistlərlə polislər və deputatlar arasında təşkil olunmuş qarşılaşmalar da belə tədbirlərin tərkib hissəsidir. Hesab edirəm ki, bu, çox gözəl idman tədbiri, sağlamlıq rəmzidir. Həm də dostluq görüşüdür. İnsanlar görüşür, söhbətləşir, bir yerdə oynayırlar. Mən belə tədbirlərə çox müsbət yanaşıram. 100 illik yubiley mərasimi isə iyunun 6-da səhərdən başlanacaq. Azərbaycana FİFA və UEFA rəhbərləri, bir çox ölkənin futbol federasiyalarının nümayəndələri gələcəklər. Mərdəkan qəsəbəsindəki stadionun açılışı olacaq. AFFA-da qonaqlarla, veteran futbolçularla görüş keçiriləcək. Axşam isə ziyafət təşkil ediləcək.
- Mayın 11-də Çeçenistanın paytaxtı Qroznıda 30 min nəfərlik stadionun açılış mərasimi keçirildi. Tədbirə dünyanın bir çox məşhur futbolçuları dəvət edilmişdi. İstər-istəməz sual yaranır: Belə məşhur simalar Çeçenistanadək gəlib çıxırlarsa, niyə də Azərbaycana təşrif buyurmasınlar?
- Hələ bizdə böyük stadionların açılış mərasimləri olmayıb. Hazırda biz maddi-texniki bazamızı qururuq. Təbii ki, Mərdəkandakı stadionun açılışına hansısa futbolçular gələcəklər.
- Kimlərin gəlişi nəzərdə tutulub?
- Biz hamıya dəvət göndəririk. Sadəcə, elə olur ki, dəvət aldığı tarixdə gəlməyə kiminsə vaxtı olmur. Amma biz inanırıq ki, Bakıya da gələcəklər. Onlar keçmiş SSRİ miqyasından da, Avropadan da ola bilər.
- Konkret, kimlərə dəvət göndərmisiniz?
- İndi mən bunu dəqiq deyə bilmərəm. Amma bilirəm ki, siyahılar tərtib olunub. Məncə, bir neçə məşhur sima yubiley mərasiminə gələcək.
- Yaxın vaxtlarda AFFA İcraiyyə Komitəsinin iclası olacaq?
- Yəqin ki, 100 illik yubiley ərəfəsində keçiriləcək. Müzakirə olunacaq məsələlər bayrama hazırlıqla əlaqədar olacaq. Eyni zamanda növbəti mövsümə hazırlıq məsələlərinə də İcraiyyə Komitəsinin daha bir iclasında baxıla bilər.
Elşən MƏMMƏDOV

697