Futbol qaydaları dəyişdirilir
Lent.az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə futbol qaydalarına bir sıra dəyişikliklərin edilməsi təklif olunub.
Dəyişikliklər icazə verilən oyunçu əvəzləmələri sayı, oyundankənar vəziyyətin müəyyənləşdirilməsi və “son ümid folu” ilə əlaqədar cəzalandırılmanı əhatə edə bilər. İşçi qrupunun üzvləri ilk növbədə, gənclərdən ibarət komandalar arasındakı oyunların əlavə vaxtında dördüncü əvəzləməyə razılıq verilməsini təklif ediblər. Cərimə meydançasında penalti, qırmızı vərəqə və diskvalifikasiyadan ibarət üçqat cəzalandırılmaya da baxıla bilər. Təklif edilib ki, yalnız futbolçunu qol vurmaq imkanından məhrum edən kobud qayda pozuntuları qarşılığında üçqat cəzalandırılma saxlanılsın. Digər hallarda sarı vərəqə və penalti ilə kifayətlənmək də olar.
17 yaşadək yeniyetmələr arasında əlavə vaxtın ləğvi, penaltilər seriyasının isə oyundan dərhal sonra yerinə yetirilməsi istənilib. Habelə, qadın hakimlər və qadın məşqçilərin dünya futbolundakı sayının artırılması təklif edilib.

Oxşar yazılar

Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31