“Xəzər Lənkəran”ın futbolçusu üçün 3 əlamətdar olay
2006-cı ilin yayında Qusarın “Şahdağ” klubundan transfer olunan 17 yaşlı gəncin “Xəzər Lənkəran”ın rəmzlərindən birinə çevriləcəyinə inananlar bəlkə də çox deyildi. Lakin klub rəhbərliyi də, bir-birini əvəzləyən baş məşqçilər də istedadlı yarımmüdafiəçinin bacarığına güvəniblər. 5 il əvvəl avqustun 11-də Lənkəran şəhər stadionunun açılışında “Neftçi” ilə qarşılaşma təkcə baş məşqçi Ağasəlim Mircavadovun deyil, həm də Əmirquliyevin debüt matçı olub. Həmin qarşılaşmanın 78-ci dəqiqəsində Zaur Ramazanovu əvəzləyən Əmirquliyev artıq 3-cü “əlli”ni qatlayıb. Kubokun “Bakı” ilə görüşü onun “Xəzər Lənkəran” formasında 150-ci matçı olub. Rahid Əmirquliyev Rəşad Abdullayev və Alim Qurbanovdan sonra bu həddə çatan 3-cü futbolçu kimi tarixə düşüb. Yarımmüdafiəçi debütdən 150-ci oyunadək yolu 1727 günə qət edib.
Rahid Əmirquliyevin “Xəzər Lənkəran”dakı bütün oyunları
2006/07 mövsümü – 25 oyun (7 qol)
Çempionat – 17 (5)
Kubok – 8 (2)
2007/08 mövsümü – 29 (5)
Çempionlar Liqası – 2
Çempionat – 16 (1)
Kubok – 5 (1)
Birlik kuboku – 6 (3)
2008/09 mövsümü – 29 (4)
UEFA kuboku – 2
Çempionat – 24 (4)
Kubok – 3
2009/10 mövsümü – 32 (1)
Çempionat – 27 (1)
Kubok – 5
2010/11 mövsümü – 35 (1)
Avropa Liqası – 2
Çempionat – 28
Kubok – 5 (1)
Cəmi: 150 (18)
Çempionat – 112 (11)
Kubok – 26 (4)
Avrokuboklar – 6
Birlik kuboku – 6 (3)
Əmirquliyev özü öz yubileyinə yaxşı hədiyyə edib. Vurduğu qolla komandasını finala daşıyacaq qolun müəllifi kimi tarixə düşüb. Məhz yarımmüdafiəçinin səfər qolu yarımfinalın taleyini həll edib. “Xəzər Lənkəran” karyerasında 18-ci qolunu vuran Əmirquliyev klub tarixinin 5-ci bombardiri olub. Hələlik o, bu mövqeni Oqtay Dərəlioğlu, Rəşad Abdullayev və Vüqar Nadirovla bölüşür. Bu “4-lük” 18 qol vurmaqla yalnız ən yaxşı 4 bombardirdən geri qalır: Zaur Ramazanov – 44, Samir Əliyev – 34, Mario Souza – 26, İvan Svetkov – 24.
Əmirquliyevin “Xəzər Lənkəran” karyerasına baxdıqda onun məhsuldarlığı ildən-ilə, mövsümdən-mövsümə aşağı düşüb. Son 2 mövsümdə 1-dən artıq qol vurmayan yarımmüdafiəçi 2010/2011-də ilk dəfə fərqlənib. Bu da mövsümdəki 35-ci qarşılaşmasına təsadüf edib. “Bakı” ilə yarımfinalın taleyini həll edən futbolçu son qolunu ötən mövsüm vurub. O, çempionatın 16-cı turunun 2009-cu il dekabrın 19-dakı görüşündə fərqlənib. “Qəbələ” ilə matçda komandasına 1:0 hesablı qələbə qazandıran Əmirquliyev 501 gündən sonra rəqib qapısına yol tapıb.

685