“Real Madrid” “Barselona”nın 6 futbolçusuna cəza tələb etdi
Lent.az-ın məlumatına görə, həmin futbolçular Daniel Alveş, Serxio Buskets, Pedro Rodriges, Xavyer Maskerano, Seydu Keyta və Viktor Valdesdir.
Alveş, Buskets və Pedronun 2, Maskerano, Keyta və Valdesin 1 oyunluq cəzalandırılması istənilib. “Kral klubu” rəsmilərinin fikrincə, bu futbolçular Çempionlar Liqasının ilk yarımfinal matçında idmançıya yaraşmayan hərəkətə yol veriblər. Eyni zamanda “Barsa”nın baş məşqçisi Xosep Qvardiolanın cəzalandırılması xahiş edilib. “Real Madrid”də hesab edirlər ki, futbolçuların belə davranışı Qvardiolanın qurduğu taktikanın bir hissəsi olub.
Kataloniya komandasının 2:0 hesabı ilə qalib gəldiyi oyunun gedişində futbolçular arasında toqquşmalar baş verib. Fasilə zamanı idmançıya yaraşmayan hərəkəti üzündən “Barselona”nın ehtiyat qapıçısı Xose Pinto texniki zonadan qovulub. İkinci hissədə “Ral Madrid”in futbolçusu Pepe qırmızı vərəqə alıb. Buna etiraz edən baş məşqçi Joze Mourinyo tribunaya göndərilib.
UEFA İntizam Komitəsi “Real Madrid”in şikayətinə mayın 2-də baxacaq. Qərarın mayın 3-də Barselonada keçiriləcək cavab görüşünədək çıxarılacağı gözlənilir.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55