Mourinyo Ronaldunu cəzalandırdı
Lent.az-ın “Sporx”a istinadən verdiyi məlumata görə, buna Ronaldunun “Barselona” ilə Çempionlar Liqasının ilk yarımfinal matçından sonra Mourinyonun taktikasını tənqid etməsi səbəb olub.
Ulduz futbolçu bildirib ki, baş məşqçinin “Barsa”ya qarşı müdafiə taktikası onun ürəyincə deyil: “Lakin mən bu taktikaya uyğunlaşmalı və özümdən asılı olan hər şeyi etməliyəm”.
Əvəzində portuqaliyalı mütəxəssis həmyerlisini “Saraqosa” ilə İspaniya çempionatının növbəti tur matçının heyətinə daxil etməyib. Ronaldudan əlavə, Lassana Diarra, Xabi Alonso, Raul Albiol və Pedro Leon da heyətdə yer almayıb.
Mourinyonun bu addımı İspaniya mətbuatında “Ronaldu cəzalandırıldı” kimi dəyərləndirilib. Bu mövsüm La Liqada 29 qol vuran 26 yaşlı yarımmüdafiəçi zədəsi istisna olmaqla, ilk dəfə baş məşqçi tərəfindən oyun heyətinə daxil edilməyib.
Lakin Mourinyo Ronaldu ilə bağlı qərarını ona istirahət vermək istəyi ilə əlaqələndirib: “Ronaldo son oyunlarda çoxlu enerji sərf edib. Ona görə də qarşıdakı matçda dincəlməlidir. Əvəzində Kərim Benzema, Kaka, Qonsalo İquain, Anxel Di Maria kimi hesabı müəyyənləşdirə biləcək futbolçularıma şans verəcəyəm”.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55