Anelka “Çelsi”dən də kənarlaşdırılır
Lent.az-ın “Mirror”a istinadən verdiyi məlumata görə, London komandasından göndəriləcək futbolçuların başında Floran Maluda və Nikolya Anelka durur.
Eyni zamanda, Paulu Ferreyra, Joze Bosinqva və Yuri Jirkovla da yollar ayrılacaq. Qışda Fernando Torresin rekord məbləğə transferindən sonra kot d ivuarlı hücumçu Didye Droqbanın da gözdən düşdüyü bildirilir.
“Çelsi”nin sahibi Roman Abramoviç komandanı yenidən formalaşdırmaq niyyətindədir. O, heyətə gənc futbolçular da cəlb edəcək. “Zadəganlar”ın hədəfindəkilər isə Hollandiya “Ayaks”ında çıxış edən Qreqori van der Vil və İngiltərə “Tottenhem”inin futbolçusu Qaret Beyldir.
Qeyd edək ki, 2010-cu il dünya çempionatı vaxtı Fransa millisinin o vaxtkı baş məşqçisi Raymon Domeneki təhqir etmiş Nikolya Anelka yığmadan qovulub.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55