Çempionlar Liqası: Daha bir “El-Klassiko”
Lent.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 23:45-də İspaniyanın “Real Madrid” və “Barselona” klubları üz-üzə gələcəklər.
“Santyaqo Bernabeu” stadionunda baş tutacaq matçı almaniyalı baş hakim Volfqanq Ştark idarə edəcək. Bu, “Real Madrid”lə “Barselona” arasında son 12 gün ərzində 3-cü qarşılaşma olacaq. “El-Klassiko” seriyası aprelin 16-da Madriddə İspaniya çempionatı çərçivəsində keçirilmiş oyunla başlayıb. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bundan cəmi 4 gün sonra əzəli rəqiblər İspaniya Kubokunun finalında üz-üzə gəliblər. Kriştianu Ronaldunun 102-ci dəqiqədə vurduğu qol “Real Madrid”ə 2008-ci ildən sonra ilk kuboku qazandırıb. Xosep Qvardiola isə “Barselona” klubunun baş məşqçisi kimi “kral klubu”ndan ilk məğlubiyyət alıb.
Bugünkü oyun öncəsi Qvardiola müdafiənin sol cinahında ciddi problemlə üzləşib. Gənc mütəxəssis bu mövqedə çıxış edən bütün müdafiəçiləri zədə üzündən itirib. Əvvəlcə Erik Abidal və Adriano, ötən həftəsonu isə Maksvell sıradan çıxıb. Bundan əlavə, mərkəz müdafiəçisi Qabriel Milito və ən əsası, Andres İnyesta da xəsarət aldlğı üçün oynamayacaq. Lakin Qvardiola üçün optimistliyə əsas da var: kataloniyalılardan heç kimi diskvalifikasiya təhlükəsi gözləmir. Bu baxımdan, “Real Madrid”in işi çətindir. Rikardu Karvalyu diskvalifikasiya edilib, daha 4 futbolçu - Serxio Ramos, Kriştianu Ronaldu, Raul Albiol və Anxel Di Mariya sarı vərəqə limitinə yaxınlaşıblar. Eyni zamanda, zədə üzündən dayaq yarımmüdafiəçisi Sami Xedira və hücumameylli yarımmüdafiəçi Fernando Qaqo oynamayacaq.
Qeyd edək ki, “Real Madrid” “Barselona”nı 2 dəfə - 1959-1960-cı il mövsümündə Çempionlar Kubokunun, 2001-2002-ci il mövsümündə isə Çempionlar Liqasının yarımfinalında yenib və ardından kuboku da qazanıb. Bu komandalar bütün turnirlərdə ümumilikdə 211 dəfə qarşılaşıblar. “Real Madrid” 86, “Barselona” 82 qələbə qazanıb, 43 görüş heç-heçə başa çatıb.
Çempionlar Liqasının ilk yarımfinal görüşündə İngiltərə “Mançester Yunayted”i Almaniyada “Şalke 04”ü məğlub edib – 2:0.

Oxşar yazılar

"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55