Mourinyo ilə Qvardiola arasında qalmaqal
27 aprel 2011 14:07 (UTC +04:00)

Mourinyo ilə Qvardiola arasında qalmaqal

Lent.az-ın məlumatına görə, qarşılaşma öncəsi iki komandanın baş məşqçiləri Joze Mourinyo ilə Xosep Qvardiola söz savaşına çıxıblar.

İnsident bazar ertəsi İspaniya mətbuatının yaydığı xəbərlə başlayıb. Qəzetlər yazıb ki, görüşü portuqaliyalı Pedro Proensa idarə edəcək. Bundan sonra “Barselona”nın baş məşqçisi deyib: “Joze Mourinyo yəqin ki, bu təyinatdan razı olmalıdır”.

Lakin UEFA “Real Madrid” – “Barselona” matçına almaniyalı referi Volfqanq Ştarkı təyin edib. Bu isə “Real Madrid”in baş məşqçisinin “Barselona”lı həmkarına cavab verməsi üçün tutarlı fakt olub: “Proensaya təzyiq göstərməkdən daha vacibi odur ki, hazırda yeni dövr başlayıb. İndiyədək iki qrup məşqçi var idi. Birinci qrup sayca az idi və heç vaxt hakimlikdən danışmırdı. İkinci qrup isə daha vahiməlidir. Onlar hakimlər səhvə yol verdikləri vaxt tənqid edirlər. Bu qrupa mənim kimi heyrətini gizlədə bilməyənlər daxildir. Lakin biz əla işinə görə hakimə təşəkkür etməyi də bacarırıq. Lakin Pepin açıqlamasından sonra yeni era başlayıb. Qvardiolanın da daxil olduğu üçüncü qrup peyda olub. O, hakimləri peşəkarlığına görə tənqid edir. Bu məşqçinin üstünlük verdiyi fantastik oyunun çoxlu fanatı var. Məgər həmin fanatlar da hakimi peşəkarlığına görə tənqid edirlər? Bütün bunlar onun nəticəsidir ki, Qvardiola “Barselona”da işlədiyi ilk ilində Londondakı “Stemford Bric” stadionuna gəldikdə, orada hakim qalmaqalı baş verdi. Ötən il “İnter” onun “Barselona”sına qarşı bir saatdan çox 10 oyunçu ilə çıxış etdi. Bu il isə kataloniyalıların “Arsenal”la görüşündə nə baş verdiyini hamı gördü. Hakimin fantastik təsir bağışladığı İspaniya Kubokunun final matçından sonra isə Qvardiola onu tənqid edib. Hakimin komandama kömək etməsini istəmirəm. İstərdim ki, iki hissədən sonra hər bir komanda hakimin işindən razı olsun. Qvardiolanın isə hansısa dəhşətli anlayışları var. O, hakimlər səhv edəndə sevinir. Hakimlərə qarşı xüsusi münasibətim yoxdur. Mən ədalətsiz qərarlardan narazılıq ifadə edirəm. Ola bilsin, bu, mənim pis tərəfimdir. Hakimlər arasında yalnız bir dostum var. Bu, ingiltərəli Mark Halsidir ki, o da xərçəng xəstəsi idi. Qvardiola mənə qoyun dərili canavarı xatırladır. Mən özümü həmişə eyni tərzdə aparıram. Fikrimcə, udub-uduzmağından asılı olmayaraq özün kimi qalmaq yaxşı keyfiyyətdir”.

Xosep Qvardiola isə Joze Mourinyoya nisbətən qısa formada cavab verib: “Mən ona “sən” deyə müraciət edəcəyəm. Çünki o, məni Pep adlandırıb. Sən kimsən, Joze? Biz səninlə oyun vaxtı görüşürük. Meydançadan kənarda o, bütün anlamlarda ustadır və artıq Çempionlar Liqasını da qazanıb. Mən bu turniri ona meydançadan kənarda bağışlayıram. Adətən, meydançadan kənarda daim o qalib gəlir. Buna tarix də şahiddir. Biz isə nəzərəçarpmayan qələbələr qazanırıq, amma onlar bütün dünyada qürurla qarşılanır. Söz savaşına girmək istəmirəm, çünki bu, sonsuza qədər davam edəcək. Lakin deməliyəm ki, o, təhrif edilmiş bossdur. O, Florentino Peresin dostları sırasında qalmaq istəyirsə, Eynşteyni oxumaqda davam etsin. Onun komandası oynadıqda, məmnuniyyətlə öyrənirəm. Lakin onu meydançadan kənarda görəndə mənim öyrənmək arzum yoxa çıxır”.

Qeyd edək ki, “Real Madrid” və “Barselona” sonuncu dəfə İspaniya Kubokunun finalında üz-üzə gəlib. Görüş “kral klubu”nun qələbəsi ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar