Mirça Rednikin Lənkəranda ilk darmadağını
Lent.az-ın məlumatına görə, Lənkəran komandası mövsümdə 2-ci dəfə rəqibini 3 top fərqi ilə məğlub edə bilib.
Mirça Rednikin baş məşqçi postuna keçməsindən sonra ilk “qurbanı” MOİK olan “Xəzər Lənkəran” yenə paytaxt təmsilçisini, lakin bu dəfə AZAL-ı üstələyib. Çempionatın 5-ci turunun MOİK-lə görüşündə olduğu kimi yenə hesab 3:0 olub. Ötən il sentyabrın 12-dəki həmin zəfərdən sonra azarkeşlər 223 gün gözləyiblər. Bu müddətdə 25 rəsmi matça çıxan futbolçular 3 və ya daha çox top fərqi ilə qalib gələ bilməyib.
MOİK-lə qarşılaşma AZAL-la olduğu kimi ev oyunu olsa da, həmin matç Suraxanı qəsəbə stadionunda keçirilib. Bu isə o deməkdir ki, Lənkərandakı son böyük hesablı qələbə daha əvvəl baş verib. Bu, ötən mövsümün gedişində qeydə alınıb. Final mərhələsinin “ilk altılığ”ının I turunda “Qəbələ” ilə görüşən “Xəzər Lənkəran” 4:1 hesabına sevinib. Martın 12-dəki həmin zəfərdən sonra lənkəranlı azarkeşlər növbəti böyük hesablı qələbəni 407 gün gözləməli olublar. Bu qələbə Rednikin Lənkəranda ilk böyük hesablı qələbəsidir.
Qeyd edək ki, cari mövsüm çempionatda 2-ci belə qələbəsini qazanan “Xəzər Lənkəran” iştirak etdiyi bütün çempionatlarda ən azı 1 böyük hesablı qələbə qazanıb.
2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
Cəmi - 31
Bundan başqa “Xəzər Lənkəran” ölkə kubokunda da 10 böyük hesablı qələbə qazanıb:
2004/05 – 0
2005/06 – 2
2006/07 – 3
2007/0/8 – 3
2008/09 – 2
2009/10 – 0
2010/11 - 0
İndiyə qədər “qurbanlar” arasında heç vaxt AZAL olmayıb. Bu, “təyyarəçilər”lə görüşlərdəki ilk darmadağındır.

Oxşar yazılar

“Mançester Yunayted” ingiltərəli hücumçunu almaq yarışında birincidir
14 may 2025 , 09:37
"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32