“Xəzər Lənkəran”ın 51 gün sonra ilk qələbəsi
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tarixi ərzində ilk dəfə olaraq ardıcıl 6 oyun qələbəyə həsrət qalan Lənkəran komandası bu seriyanı Unibank Premyer Liqasının XXVIII turunun AZAL-la qarşılaşmasında qırıb.
“Xəzər Lənkəran” rəqibi 3:0 hesabı ilə darmadağın edib. Baş məşqçi Mirça Rednikin komandası sonuncu dəfə 51 gün əvvəl qalib gəlmişdi. Martın 3-də keçirilmiş matçda “ağ-yaşıllar” NBC Bank Azərbaycan kubokunun 1/4 final mərhələsinin səfər oyununda “Neftçi”ni məğlub etmişdi – 4:3.
Həmin görüşdən sonra “Neftçi” ilə kubokun cavab qarşılaşması və çempionat oyununu, həmçinin “İnter”lə Premyer Liqa görüşlərini doğma meydanda keçirən “Xəzər Lənkəran” hər 3 halda 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Çempionata təsadüf edən son 3 səfər qarşılaşmasında isə Lənkəran komandası qola həsrət qalıb. AZAL-a 0:1 hesablı məğlubiyyət, “Qarabağ” və “Bakı” ilə qolsuz heç-heçələr 7 xal itkisinə bərabər olub.
Qeyd edək ki, “Xəzər Lənkəran” çempionatdakı son qələbəni səfərdə “İnter” üzərində qazanılıb – 3:1. Həmin oyun 55 gün əvvəl fevralın 27-də qeydə alınıb.

Oxşar yazılar

Super Liqa: “Fənərbaxça” darmadağın etdi
9 may 2025 , 23:23
Bu klub Arda Turanı baş məşqçi postuna çağırdı
9 may 2025 , 18:48
"Real"ın yeni baş məşqçisi Xabi Alonso oldu - Müqavilə İMZALANDI
9 may 2025 , 15:04
Jurnalistin bu sualı “Tottenhem”in baş məşqçisini özündən çıxartdı
9 may 2025 , 09:42
Konfrans Liqası: “Çelsi” və “Real Betis” finala çıxdı
9 may 2025 , 02:00
225 milyon avro: “Real” iki ulduzla ayrılmağa hazırdır
8 may 2025 , 19:46
Flik “İnter”ə məğlubiyyətin səbəbkarını “cəzalandıracaq”
8 may 2025 , 17:42