“Qəbələ”nin futbolçuları dünya yığmasında oynadı
0
0
Klubun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ¼ finalda “Sautempton”a məğlub olaraq medallar uğrunda mübarizədən kənar qalan təmsilçimiz 5 - 8-ci yerlər uğrunda görüşdə “Bucaspor”la qarşılaşıb.
Görüş Türkiyə komandasının qələbəsi ilə nəticələnib – 1:0. Son oyununda isə “Qəbələ” “Altay”la üz-üzə gəlib. Matçın əsas vaxtı 0:0 hesablı heç-heçə ilə bitdiyindən, qalib penaltilərlə müəyyənləşib. Penaltiləri daha dəqiq yerinə yetirən “Qəbələ” 3:2 hesabı ilə qalib gəlib və turniri 7-ci pillədə yekunlaşdırıb.
NTV Spor kanalı ilə canlı yayımlanan Dünya və Türkiyə yığmaları arasındakı matç isə “sülh”lə başa çatıb – 2:2. İki 25 dəqiqəlik hissə şəklində oynanan “All Star Match”ın hər yarısına komandalar fərqli “11-lik”lərlə çıxıblar. “Qəbələ”nin dünya yığmasına dəvət alan futbolçularından Fərid Əsədli ilk hissədə, Bəhlul Mustafazadə isə ikinci yarıda meydançaya çıxıb.