“Neftçi” 3 ildən sonra Avropa kuboklarına vəsiqə qazandı
25 aprel 2011 10:59 (UTC +04:00)

“Neftçi” 3 ildən sonra Avropa kuboklarına vəsiqə qazandı

Lent.az-ın məlumatına görə, hesabat turunun nəticələri bir neçə komandanın taleyinə aydınlıq gətirib.

AZAL “Xəzər Lənkəran”a böyük hesabla uduzaraq, çempionluq şanslarını tam itirib. İndi bu komanda ən yaxşı halda gümüş medallara iddia edə bilər. Qızıl medalın isə ya “Neftçi”, ya “Xəzər Lənkəran”, ya da “Qarabağ”a qismət olacağı dəqiqləşib. Onlardan “Neftçi” xeyli şanslı görünür. Flaqman sona 4 tur qalmış ən yaxın izləyicisi “Xəzər Lənkəran”ı 8, üçüncü pillədəki “Qarabağ”ı isə 9 xal qabaqlayır. Qarşıdakı turların nəticələrindən asılı olmayaraq, “Neftçi” Avropa kuboklarına vəsiqə qazanıb. Sonuncu dəfə “ağ-qaralar” 2008-2009-cu il mövsümündə İntertoto Kubokunda çıxış ediblər. Artıq bu kubok mövcud deyil.

MOİK isə qarşıdakı 4 turun nəticəsindən asılı olmayaraq, Premyer Liqa ilə rəsmən vidalaşıb.


23 aprel (şənbə)

“Neftçi” (Bakı) – “Bakı” – 2:0
Flavinyo,
19; 54-pen.

“Xəzər Lənkəran” – AZAL (Bakı) – 3:0
Emeka Opara, 58. Uinston Parks, 76. Elnur Abdullayev, 79

“Muğan” (Salyan) – “Simurq” (Zaqatala) – 3:0

Con Pelu, 45; 50. Reis Klaudinei, 53

24 aprel (bazar)

“Qarabağ” (Ağdam) – “İnter” (Bakı) – 1:0

Georgi Adamiya, 76-pen.

“Qəbələ” – MOİK (Bakı) – 0:0

“Gəncə” – “Turan” (Tovuz) – 1:0

Sabir Allahquliyev, 62

Turnir cədvəli:


 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

28

18

8

2

49-12

62

2

Xəzər Lənkəran

28

15

9

4

33-15

54

3

Qarabağ

28

16

5

7

34-16

53

4

AZAL

28

12

9

7

31-22

45

5

İnter

28

12

7

9

27-23

43

6

Bakı

28

9

9

10

29-26

36

7

Qəbələ

28

11

10

7

28-17

43

8

Muğan

28

10

8

10

24-28

38

9

Gəncə

28

7

11

10

28-31

32

10

Turan

28

6

6

16

21-40

24

11

Simurq

28

3

6

19

15-46

15

12

MOİK

28

2

6

20

9-52

12



Bombardirlər: Bahodir Nasimov (“Neftçi”) – 15, Georgi Adamiya (“Qarabağ”) – 13, Flavinyo (“Neftçi”) - 11 qol.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar