“Neftçi”dən “Qalatasaray”a transfer təklifi
25 aprel 2011 10:36 (UTC +04:00)

“Neftçi”dən “Qalatasaray”a transfer təklifi

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, uzun illər “Beşiktaş”ın kapitanı olmuş sol cinah müdafiəçisi İbrahim Üzülməzin ardınca “Qalatasaray”ın qapıçısı Robinson Zapatanın adı “ağ-qaralar”ın ətrafında hallanır.

“Cim Bom”un cari mövsümdə Rumıniya “Styaua”sından transfer etdiyi 32 yaşlı qapıçıya indidən özünə yeni komanda tapmaq tapşırılıb. Türk həmkarlarımız çempionluğa lap yaxın olan “Neftçi”nin Kolumbiya yığmasının qapıçısına elçi düşdüyünü, ancaq onun bura gəlmək fikrində olmadığını qeyd edir. Türkiyədə xoşbəxt olan Robinsonun Super Liqa komandasına keçmək istədiyi və menecerinin indidən çalışmalara başladığı bildirilir.

Qeyd edək ki, qış transfer müddətində “Qalatasaray”ın transfer etdiyi Zapata 2,5 illik müqavilə imzalayaraq, ildə 1 milyon avro alır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2221

Oxşar yazılar