Qadın hakim idarə etdi, “Muğan” qalib gəldi
23 aprel 2011 18:35 (UTC +04:00)

Qadın hakim idarə etdi, “Muğan” qalib gəldi

Lent.az-ın məlumatına görə, açılış oyununda ikinci “6-lıq”da yer alan Salyanın “Muğan” və Zaqatalanın “Simurq” komandaları üz-üzə gəlib.

Görüş “Muğan”ın böyük hesablı qələbəsi ilə nəticələnib. Con Pelu 45-ci və 50-ci dəqiqələrdə “dubl” edib. Reis Klaudineu isə 53-cü dəqiqədə son nöqtəni qoyub. Bu qələbə sayəsində “Muğan” xalını 38-ə çıxarsa da, yenə 8-ci pillədə qalıb. “Simurq” isə 15 xalla 11-ci pillədə “möhkəmlənib”.

Qeyd edək ki, Bakıdakı “Şəfa” stadionunda baş tutan qarşılaşmanın baş hakimi Premyer Liqa tarixində ilk dəfə qadın hakim olub. Referi Səbayel Qurbanovaya yan xətt hakimləri qismində Aleksandr Musatkinlə İlham Əliyev kömək ediblər. Ehtiyat hakim funksiyasını isə Əfqan Həmzəyev yerinə yetirib. Oyundan sonra həm “Muğan”ın baş məşqçisi Bəhmən Həsənov, həm də onun “Simurq”dakı həmkarı Qyoko Haciyevski Qurbanovanın idarəçiliyindən razılıq ifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar