Jaba: “Bakı”da qələbə ruhu çatmır”
Lent.az-ın məlumatına görə, bu fikirləri “Bakı”nın futbolçusu Jaba klubun rəsmi saytına açıqlamasında deyib.
Jaba bildirib ki, “Neftçi” aprelin 23-də keçiriləcək qarşılaşmada yalnız qələbə üçün oynayacaq: “Rəqibimiz yaxşı komandadır və çempionatın vahid lideridir. “Neftçi” çempionluğunu rəsmiləşdirmək üçün yalnız qələbəyə oynayacaq. Düzdür, Premyer Liqada iddiamız qalmayıb. Lakin bu görüşə də yalnız qələbə üçün çıxacağıq”.
Braziliyalı hücumçunun fikrincə, onlar üçün “Xəzər Lənkəran”la ölkə kubokunun yarımfinal matçı daha vacibdir. Jaba bildirib ki, ardıcıl ikinci mövsüm kuboku qazanmaq niyyətindədirlər: “Bizim üçün “Xəzər Lənkəran”la kubok oyunu olduqca vacibdir. Bu görüşdə qələbə qazanmaq əsas məqsədimizdir, çünki məğlubiyyət mövsümün sonu deməkdir. Ona görə sonadək vuruşub, qalib gəlmək lazımdır. Necə ki keçən il bunu etmişdik. Komanda hər oyuna ürəklə, qələbə ruhu ilə çıxmalıdır. Bu belə olmasa, növbəti oyunlarda da məğlubiyyətdən qaça bilməyəcəyik. Heyətdə dəyişikliklər olsa da, bu il “Bakı” çox güclüdür. Sadəcə, komandada qələbə ruhu çatmır”.
Sonda Jaba “Bakı” azarkeşlərinə müraciət edib. O axır vaxtlar uğursuz çıxış etmələrinə baxmayaraq, fanatlardan sonadək dəstək gözlədiklərini bildirib.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Bakı” matçı saat 16:00-da başlanacaq. Aprelin 27-də və mayın 4-də isə “Bakı” “Xəzər Lənkəran”la Azərbaycan Kubokunun yarımfinal görüşlərində üz-üzə gələcək.

Oxşar yazılar

Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12
“Mançester Yunayted” ingiltərəli hücumçunu almaq yarışında birincidir
14 may 2025 , 09:37
"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10