“Bill Klinton” və “Zidan” Bakıda - FOTO
Lent.az-ın məlumatına görə, onlar Bakının Binə qəsəbəsində keçirilən yarış iştirakçıları arasındadırlar.
Lakin söhbət ABŞ-ın keçmiş prezidentindən və Fransa yığmasının heyətində dünya çempionu adını qazanmış məşhur futbolçudan yox, atlardan gedir. Avropadan gətirilmiş “Bill Klinton” və “Zidan” ləqəbli atlar yeni istifadəyə verilən Atçılıq Mərkəzində Heydər Əliyevin xatirəsinə konkur növü üzrə SCİ4* kateqoriyalı beynəlxalq turnirdə çıxış edirlər. Hər iki ata bu ləqəbləri Azərbaycan yığmasının üzvləri Camal Rəhimovla Françesko Franko qoyub. Rəhimov “Bill Klinton”, Franko isə “Zidan” ləqəbli atla mübarizə aparır.
Qeyd edək ki, ilk yarış günündə “Bill Klinton” 15-ci, “Zidan” isə 8-ci yeri tutub.

Oxşar yazılar

"Real" ən bahalı futbolçunu alır - Vinisiusu o əvəzləyəcək
26 iyul 2025 , 17:58
"Barselona" futbolçulara şənlik etməyi qadağan etdi
26 iyul 2025 , 15:09
Azərbaycan klubu bütün futbolçuları ilə vidalaşdı
26 iyul 2025 , 13:16
"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41
Gündə yeddi min addım atmaq həyatınızı dəyişə bilər
26 iyul 2025 , 04:31
Azərbaycan paralimpiyaçıları İstanbulda 4 medal qazandılar
26 iyul 2025 , 00:14