Elnur Məmmədli Avropa çempionatının finalında!
Lent.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşündə Pavlos Qkaraklovu (Yunanıstan) 65 saniyəyə ipponla məğlub edib.
Ardından o, Srcan Mrvaljeviçi (Çernoqoriya) 81 saniyəyə üstələyib. Növbəti görüşündə Murat Xabaşirovu (Rusiya) xal hesabı ilə yenən Məmmədli ¼ finalda Tomislav Maryanoviçə (Xorvatiya) də 127 saniyəyə ipponla qalib gəlib. Yarımfinalda olimpiya çempionumuzun rəqibi Alen Şmitt (Fransa) olub. Rəqibinin yuka xalına vazari ilə cavab verərək, finala yüksəlib. Bununla da cüdoçumuz ən azı gümüş medalı təmin edib. Məmmədlinin finalda rəqibi Sergiu Toma (Moldova) olacaq.
Bu gün mübarizəyə qoşulan digər 4 cüdoçumuz isə çıxışlarını erkən dayandırıb. 81 kq çəkidəki daha bir təmsilçimiz Elxan Rəcəbli elə ilk görüşdə Aleksandr Stsyaşenkoya (Belarus) yenilib.
73 kq çəkidəki cüdoçularımızdan Renat Mirzəliyev ilk görüşdə Yuri Leuya (Moldova) qalibə gəlsə də, növbəti cəhdində Tomaş Adamekə (Polşa) uduzub. Ramil Qasımov isə ilk görüşdəcə Tengiz Papoşviliyə (Gürcüstan) yenilib.
63 kq çəkidə yer alan qadın cüdoçumuz Ramilə Yusubova ilk görüşdə Ester Qaspara (Macarıstan) qalib gəlsə də, növbəti qarşılaşmasında Anika van Emdenə (Hollandiya) məğlub olub.
Qeyd edək ki, ilk yarış günündə cüdoçularımızdan Tərlan Kərimov (66 kq) gümüş medal qazanıb. Aprelin 23-də son 4 təmsilçimiz - Elxan Məmmədov (90 kq), Elmar Qasımov, Sain Məmmədov (hər ikisi 100 kq) və Emil Tahirov (+100 kq) tatamiyə çıxacaqlar.

Oxşar yazılar

Fabreqasa söz verildi: Yay transferlərinə 100 milyon avro ayrılacaq
14 may 2025 , 14:24
"Yuventus"un yeni baş məşqçisi o olacaq
14 may 2025 , 12:12
“Mançester Yunayted” ingiltərəli hücumçunu almaq yarışında birincidir
14 may 2025 , 09:37
"Real"ın liderlərindən biri ayrılmağa hazırlaşır
13 may 2025 , 19:46
"Real" "Barselona"nın futbolçusunu transfer edə bilər
13 may 2025 , 18:13
Ançelottinin Braziliya millisindəki maaşı məlum oldu
13 may 2025 , 13:58
Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10