London olimpiadasında Azərbaycan iki yeni növdə təmsil olunacaq
Lent.az-ın məlumatına görə, bu sözləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov qurumun mətbuat xidmətinə açıqlamasında deyib.
M.Rəhimov bir neçə gün öncə London şəhərində 2012-ci ildə keçiriləcək XXX Yay Olimpiya oyunlarına həsr olunmuş konfransdan vətənə qayıdıb. O qeyd edib ki, konfransın əsas məqsədi olimpiadaya təşrif buyuracaq qonaqların təhlükəsizliyinin təmin edilməsi, onların qarşılanması və yerləşdirilməsi, tibbi ləvazimatların, viza məsələlərinin təmin edilməsi və digər mühüm mövzuların müzakirəsi olub. Mərkəzdən kənarda tikilən “Olimpiya parkı”nda işlərin tam sürətlə getdiyini bildirən şöbə rəisi təhlükəsizlik məsələlərinin hərbiləşdirilmiş təşkilatlara tapşırıldığını qeyd etdi: “200-dən çox ölkənin qatılacağı nəhəng idman tədbirinə hazırlıq məqsədilə bir çox ölkələrin Londondakı səfirləri də konfransda iştirak üçün dəvət olunmuşdu. Mən Azərbaycan nümayəndə heyətinin yerləşəcəyi məkana tam daxil ola bilməsəm də, qalacağımız binaları gördüm. Artıq voleybol meydançası, stadion hazır vəziyyətə gətirilmişdi”.
London olimpiadasında Azərbaycanın hansı idman növlərində ilk dəfə təmsil olunacağı ilə bağlı suala isə M.Rəhimov açıq suda üzgüçülük və avarçəkmənin adını açıqlamaqla cavab verib. Şöbə müdiri eyni zamanda lisenziyaların da sayının çox olacağına inandığını bildirib: “Yarışlarda daha çox medal qazanmaqdansa, yüksək əyarlı medal əldə etmək daha önəmlidir”.

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01