SOCAR Gürcüstan yığmasının baş məşqçisinə klip çəkib
Bu haqda Lent.az-a “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov məlumat verib.
Onun sözlərinə görə, klip Gürcüstan televiziyasında tez-tez nümayiş etdirilir: “Xüsusən, qonşu ölkə yığmasının 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Tiflisdə Xorvatiyanı 1:0 hesabı ilə məğlub etdiyi dramatik və çox maraqlı oyunu ətrafında da bu klip müntəzəm göstərilirdi”.
Ketsbayanın Gürcüstan cəmiyyətində böyük hörmətinin olduğunu deyən M.Məmmədov onun Azərbaycan futbolunun 100 illik yubiley tədbirinə dəvət edilməsini məqsədəuyğun sayıb: “Mən iyunun 8-də keçiriləcək tədbirə dəvətlilərin siyahısı ilə tanış deyiləm. Yəqin ki, AFFA-da siyahılar tutulur. İcraiyyə Komitəsinin üzvü kimi siyahının tərkibindən bizim də məlumatımız olacaq. Məncə, Ketsbayanın yubiley tədbirinə gəlməsi çox yaxşı olar. O, həm parlaq karyeraya malik gözəl futbolçu olub, həm də baş məşqçi kimi Çempionlar Liqasında iz qoyub, Avropa çempionatının seçmə mərhələsində Gürcüstan millisi öz dəst-xətti ilə seçilir”.
Qeyd edək ki, baş məşqçi kimi Kiprin “Anortosis” klubunu Çempionlar Liqasının qrup mərhələsinə çıxaran Temuri Ketsbaya Gürcüstan yığması ilə 2012-ci il Avropa çempionatının seçmə mərhələsində 6 oyundan 9 xal qazanıb.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01