Məşhur şahmatçı Azərbaycan klubundan kənarlaşdırıldı
31 mart 2011 13:28 (UTC +04:00)

Məşhur şahmatçı Azərbaycan klubundan kənarlaşdırıldı

Onun sözlərinə görə, 2000-ci il dünya çempionatının finalçısı Aleksey Şirov əslən bakılı, 2001-ci ilin Avropa çempionu Emil Sutovski ilə əvəzlənib. Şirovun kənarlaşdırılmasına ötən ilki klublararası Avropa çempionatında zəif çıxışı səbəb olub: “Açığı, mən bir şahmatsevər və bu klubun rəhbəri kimi onun çıxışından razı qalmadım. Bunu Şirovun özü də başa düşürdü. Zəif oynadığını bizə etiraf etmişdi. Nəticədə mehribancasına ayrıldıq və ona uğurlar arzuladıq”.

Bu dəyişiklikdən sonra “SOCAR-Azərbaycan”ın tərkibi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Aleksandr Qrişuk, Rauf Məmmədov, Eltac Səfərli, Rüstəm Qasımcanov və Emil Sutovskidən ibarət olub. Yaxın vaxtlarda daha bir şahmatçının heyətə cəlb olunması planlaşdırılıb. M.Məmmədov ad açıqlamasa da, bildirib ki, bu, etnik erməni olmayan və qondarma “Dağlıq Qarabağ Respulbikası” ərazisində keçirilmiş yarışda iştirak etməyən şahmatçılardan olacaq. Onun sözlərinə görə, ötən il yığmadan kənarda qalan şahmatçımız Vüqar Həşimovun da klubumuzun heyətinə cəlb olunması mümkündür.

“SOCAR-Azərbaycan”ın kapitanı Vladimir Tukmakovla isə əməkdaşlığın davam etdirilməsinə qərar verilib. Lakin AŞF rəsmisi Tukmakovun yığmamıza da kapitan təyin ediləcəyi barədə xəbərləri nə təkzib, nə də təsdiq edib: “Aprel ayı ərzində kapitan təyinatı rəsmiləşəcək. Həmin təyinatadək bu məsələ barədə heç bir şərh verməyəcəyəm”.

Qeyd edək ki, Azərbaycan millisinin əvvəlki kapitanı Zurab Azmayparaşvili olub. Azmayparaşvilinin fəaliyyəti dövründə yığmamız Avropa çempionu olsa da, kollektiv daxilindəki Teymur Rəcəbov – Vüqar Həşimov intriqası daha da böyüyüb. Nəticədə Həşimov millimizdən kənarda qalıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar