Qattuzo “Anji”yə keçəcək
Lent.az-ın “Sovetskiy Sport” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda “Milan”da oynayan 33 yaşlı yarımmüdafiəçi 2011-ci ilin avqustundan Rusiya klubunun şərəfini qorumağa başlayacaq. Onun keçidinin detalları və transfer qiyməti açıqlanmır.
Qattuzonun “Milan”la müqaviləsi 2012-ci ilin iyununa qədərdir. “Sovetskiy Sport” yazır ki, futbolçunun maraqlarını təmsil edən agent şirkəti hələ bir il öncə Rusiya klublarına faks göndərərək onun xidmətini təklif edib.
Qattuzo “Milan”ın şərəfini 1999-cu ildən qoruyur. Bundan əvvəl “Perucu”, Şotlandiyanın “Reyncers” və “Salernitanu” klublarında oynayıb.
İtaliya yığmasının tərkibində 73 oyun keçirib və 1 qol vurub. Milli komanda ilə bir yerdə 2006-cı ildə dünya çempionu adını qazanıb. 2010-cu il dünya çempionatı başa çatandan sonra Qattuzo yığmadakı karyerasının başa çatdığını elan edib,
Xatırladaq ki, “Anji” bu ilin əvvəlində dünya futbolunun daha bir ulduzunu – Roberto Karlosu tərkibinə qatıb.

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01