Alt paltarını çıxar, qarın üstündə otur - FOTO
30 mart 2011 18:57 (UTC +04:00)

Alt paltarını çıxar, qarın üstündə otur - FOTO

Lent.az-ın “Aftenposten” nəşrinə istinadən verdiyi məlumata görə, Rekdal oyunçuları alt paltarını çıxararaq qar yığını üzərində oturmağa məcbur edib.

Ötənlərin tanınmış futbolçusu məşq zamanı meydan oyunçuları və qapıçılar arasında yarış təşkil edib. Meydan oyunçuları vurduqları qola, qapıçılar isə dəf etdikləri zərbələrə görə xallar alıblar. Yarışı qapıçılar qələbə ilə başa vurublar. Baş məşqçi isə qapıya zəif zərbə vuran meydan oyunçuların cəzanı yerinə yetirməsini təmin edib. Qarın üstündə oturmağa 3 futbolçu razı olub.

Qeyd edək ki, “Olesunn” 2010-cu ildə Norveç çempionatında 4-cü yeri tutub ki, bu da klub tarixində ən yüksək göstəricidir. Bu il isə komanda ilk görüşündə “Fredrikstad”a yenilib – 1:2. 1990-cı illərdə Norveçin ən yaxşı futbolçularından olan Çetil Rekdal Norveç yığmasında 83 matçda 17 qol vurub. O, 2001-ci ildən məşqçiliyə başlayıb, yerli “Valerenqa”, Belçika “Lyers”i, Almaniya “Kayzerslautern”inə rəhbərlik edib. 2008-ci ildə isə Rekdal “Olesunn”a baş məşqçi təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar