“Belə jurnala yarıçılpaq çəkildiyim üçün fəxr edirəm” – MÜSAHİBƏ
- 9 aya yaxındır ki, Azərbaycandasınız. Ölkəmizdə özünüzü necə hiss edirsiniz?
- Azərbaycan mənim xoşuma gəlir. İnsanlar çox səmimi, qonaqpərvərdirlər. Burada olmaqdan şadam və çox əla dövr keçirirəm.
- “Rabitə” klubunun Çempionlar Liqasındakı çıxışını necə dəyərləndirirsiniz?
- Nəticədən razıyam. İlk dəfə idi ki, Çempionlar Liqasının “dördlər finalı”nda çıxış edirdim. Əlbəttə, hamı kimi qalib olmaq istərdim. Lakin ikinci yer də pis deyil. Yenə burada qalası olsam, komanda yoldaşlarımla birgə gələn mövsüm daha yaxşı nəticə göstərməyə çalışacağam.
- Necə oldu ki, karyeranızı Azərbaycanda davam etdirməyə qərar verdiniz?
- Yaxşı müqavilə təklifinə görə buranı seçdim (gülür). İdman da bir biznesdir. Yaxşı təklifi qəbul edirik.
- ABŞ kimi nəhəng ölkədən ərazicə kiçik Azərbaycana gəlməmişdən öncə ölkəmiz barədə maraqlandınız?
- Mənim üçün bura gəlmək qorxulu deyildi. Mən müxtəlif ölkələr və müxtəlif mədəniyyətlərlə maraqlanıram. Ayrı-ayrı ölkələrə səfər etməyi sevirəm. Bu baxımdan, əksinə, bu ölkəni tanımaq maraqlı idi. Çünki Azərbaycan haqda çox eşitmişdim. Ona görə də ölkənizdə oynamağa razılıq verməyimdə problem olmadı.
- Növbəti mövsümdə də Azərbaycanda çıxış etmək istərdiniz?
- Mən qalmaq istərdim. Bura xoşuma gəlir. Amma hər şey yeni müqavilə təklifindən asılı olacaq.
- Boş vaxtlarınızı necə keçirirsiniz?
- Bakının yaxşı havası var. Asudə vaxtlarımda şəhərdə, dəniz kənarında gəzirəm. Müxtəlif restoranlara baş çəkir, filmlərə tamaşa edirəm. Amma imkan tapdıqca. Çünki boş vaxtım elə də çox olmur.
- Səsinizdən siqaretə meylli olduğunuzu da düşünmək olar...
- (Gülür) Xeyr, mən siqaret çəkən deyiləm. Sadəcə, səs tembrim belədir.
- Bəs spirtli içkilərlə aranız necədir?
- Hərdən şam yeməyi vaxtı iki stəkan çaxır içməyi sevirəm. Bundan artıq yox.
- Bu yaxınlarda saytlarda yarıçılpaq fotoşəkilləriniz peyda olmuşdu. Bu, necə baş vermişdi?
- Mən fotoşəkillərimdən razıyam. Özümü əla hiss edirəm. Üstəlik, valideynlərim də razıdırlar, “Sports Illustrated Swimsuit Issue 2011” kimi jurnalda çəkilə bildiyim üçün fəxr edirlər. Özüm də çox şadam. Valideynlərim də razıdır, mən də...
- Vətəninizdə belə fotoşəkillərə normal yanaşırlar?
- Məhz bu jurnala çəkilmək çətindir. Çünki ən məşhur insanlar düşürlər. Bu da normaldır. Belə jurnala çəkilmək mənim üçün fəxrdir.
Elşən MƏMMƏDOV

747