Azərbaycan yığması Belçika ilə 3-cü sınağında nə edəcək?
Lent.az-ın məlumatına görə, yığmamız Brüsseldəki “Rua Boduen” stadionunda Belçikanın qonağı olacaq. Bakı vaxtı ilə saat 23:45-də başlanacaq görüşü isveçli hakimlər briqadası idarə edəcək. Referi Daniel Stalhammerə laynsmanlar qismində Peter Martinsson və Yoakim Flink yardımçı olacaq. Ehtiyat hakim funksiyasını isə Martin Hansson yerinə yetirəcək. Görüş AzTV vasitəsilə canlı yayımlanacaq.
Bu, iki ölkənin əsas yığmaları arasında 3-cü oyun olacaq. Azərbaycan və Belçika əvvəllər 2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsində üz-üzə gəlib. 2006-cı il oktyabrın 11-də Brüsseldə keçirilmiş görüşdə meydan sahibləri qələbə qazanıb – 3:0. Bakıdakı oyun isə 2007-ci il noyabrın 21-də baş tutub. Bu dəfə də Belçika üstün olub – 1:0.
Belçika və Azərbaycan yığmaları əvvəlki seçmə tsikldə olduğu kimi, yenə A qrupunda yer alıb. “Qırmızı şeytanlar” 5 oyundan 7, millimiz isə 3 oyundan 3 xal toplayıb. Hər iki komanda seçmə tsiklə 2 məğlubiyyətlə başlayıb. Belçika öz meydançasında Almaniyaya 0:1, səfərdə Türkiyəyə 2:3 hesabı ilə uduzub. Sonradan özünə gələn baş məşqçi Jorj Leekensin komandası səfərdə Qazaxıstan və Avstriyanı 2:0 hesabı ilə yenib, öz meydançasındakı görüşdə elə Avstriya ilə heç-heçə edib. Yığmamız isə səfərdə Almaniyaya 1:6, Avstriyaya 0:3 hesabı ilə uduzduqdan sonra öz meydançasında Türkiyəni məğlub edib – 1:0.
Komandalar bugünkü oyuna ciddi itkilərlə çıxacaq. Millimizin heyətində dayaq yarımmüdafiəçisi Samir Abasov və cinah müdafiəçisi Elnur Allahverdiyev zədəli olduqları üçün meydançaya çıxa bilməyəcəklər. Meydan sahibləri isə daha çox itki verib. Cəzalı Vensan Kompanidən əlavə, qapıçı Silvio Proto, müdafiəçi Tobi Alderveyreld, hücumçular Byorn Vleminks, Marvin Oqunjimi və Romelu Lukaku oynamayacaq. Bununla belə, “qırmızı şeytanlar” dörd gün öncə səfərdə Avstriyaya 2 cavabsız topla qalib gəlməyi bacarıb. Qolları 22 yaşlı yarımmüdafiəçi Aksel Vitsel vurub. Bu isə rəqibin potensialının tükənməzliyindən xəbər verir.
Lakin oyun öncəsi keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Berti Foqts iddialı açıqlamalar verib: “Sözsüz ki, Belçikaya qalib gəlsək, bu, tam başqa qələbə olacaq. Çünki səfər oyunudur. Böyük futbolçu ölkələri “kiçik futbol ölkələri”nə qarşı oynayanda, diqqətli olmalıdırlar. Belçika səfərdə Avstriyaya qalib gəldiyindən, sabah meydana arxayın çıxacaq. Onlar bizə öz oyunumuzu nümayiş etdirməyə imkan versə, qələbəni “bağışlasa”, sözsüz ki, bunu qəbul edəcəyik. Bu baxımdan heç bir problemimiz yoxdur. Əlimizdən gələni edəcəyik ki, nə badə Belçika üçün asan oyun olsun, öz oyununu nümayiş etdirə bilsin. Bizi nə gözlədiyini bilirəm, Belçika yığmasının oyunundan sürpriz gözləmirəm. Komandamızda güclü futbolçular var. Rəqib ilk dəqiqələrdən futbolçularımızı sıxmağa, zonaları vaxtında bağlamaqla, topla hərəkət etməyimizə, onu saxlamağımıza imkan verməməyə çalışacaq. Mən bütün bunların hamısını nəzərə almışam. Öz komandama demişəm ki, bizdə imkan, boş zona olan kimi hücuma meylli yarımmüdafiəçilərimiz hücumçularımızı zərbə mövqeyinə çıxarmalıdır. Biz bundan istifadə edəcəyik. Mən öz komandamdan tələb edirəm ki, sabah soyuqqanlı, aqressiv oynasın. Gənc futbolçularımız çoxdur və hamıya demişəm ki, gizlənmək lazım deyil, meydana çıxın. 90 dəqiqədə göstərin ki, siz də uğurlu futbol oynamağı bacarırsınız”.
Belçika millisinin baş məşqçisi Jorj Leekens isə ehtiyatlı danışıb: “Biz səfərdə Avstriyaya qarşı yaxşı oynadıq. Lakin Azərbaycan millisi Avstriya deyil. Biz bilirik ki, Berti Foqts taktikanı əks hücum üzərində qurur. Ona görə də Azərbaycan millisi bizim üçün təhlükəli komandadır. Həm də unutmaq lazım deyil ki, Azərbaycan seçmə mərhələnin son görüşündə Türkiyəni məğlub edib. Düşünürəm ki, Azərbaycanla oyunun asan olmayacaq. Heyətdə bir neçə itkinin olması oyunda işimizi çətinə salacaq. Bununla belə, mən yetirmələrimə inanıram. İkinci oyunumuzda da qələbə qazanmaqla yolumuza davam etmək istəyirik”.
Qeyd edək ki, oyuna maraq böyükdür. Qarşılaşmanı 35 min nəfərədək tamaşaçının izləyəcəyi gözlənilir. Onlardan ən azı 500-nün yığmamızı dəstəkləyəcəyi gözlənilir.

539