Belçika jurnalı “Neftçi”dən yazıb
29 mart 2011 14:19 (UTC +04:00)

Belçika jurnalı “Neftçi”dən yazıb

Lent.az-ın məlumatına görə, jurnal bu gün Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək 2012-ci il Avropa çempionatının seçmə qrup matçı öncəsi işıq üzü görüb.

Flaqman barədə yazı ötən ilin sentyabrında jurnalın əməkdaşları Stefan Van der Velde və Erik Herşaftın “Neftçi”nin düşərgəsinə etdikləri ziyarət əsasında hazırlanıb. Həmin səfər müddətində belçikalılar flaqmanın məşqlərindən geniş reportaj hazırlamış, klub rəhbərliyi ilə görüşmüş, komandanın belçikalı hücumçusu Emil Mpenzadan müsahibə götürmüş və AFFA-da olmuşlar. Stefan Van der Velde və Erik Herşaft Bakı təəssüratlarını jurnalın səhifələrinə həkk etməklə yanaşı, flaqman haqqında ətraflı məlumat veriblər. Emil Mpenzanın müsahibəsinə də jurnalda geniş yer ayrılıb. Belçikalı jurnalistlər Azərbaycan futbolunun son illər inkişafda olduğunu öz yazılarında xüsusi vurğulayıblar.

Həmçinin “Sport foot magazine” jurnalının elektron versiyasında mütəmadi olaraq Azərbaycan futbolu və “Neftçi” haqqında yazılara yer verilir və belçikalı oxucular futbolumuz haqqında daim məlumat alırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar