Rəşad Əhmədov karyerasını başa vurmaq istəyinin səbəbini açıqladı
Bu fikirləri Lent.az-a açıqlamasında Azərbaycanın aparıcı taekvondoçusu Rəşad Əhmədov deyib.
Əhmədov iyulda Bakıda təşkil olunacaq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya təsnifat turnirinə hazırlaşacağını bildirib. O, gələcək karyerasına məhz qarşıdakı turnirə hazırlıq səviyyəsinin böyük təsir göstərəcəyini söyləyib: “Təsnifat yarışında hər ölkənin həm kişi, həm də qadınlardan ibarət yığmaları 4 çəki dərəcəsindən 2-ni seçərək, lisenziya uğrunda mübarizə aparmalıdırlar. Yəqin ki, kişi taekvondoçularımız Bakıda 68 kq və 80 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Mənim çıxış etdiyim 80 kq çəkidə Təvəkkül Bayramov, Ramin Əzizov və Aydın Bəhmalov kimi güclü taekvondoçular var. Təsnifat turnirinədək təlim-məşq toplantısına da qatılacağam. Komanda yoldaşlarım arasında özümü daha yaxşı tərəfdən göstərə bilsəm, olimpiya təsnifat turnirində iştirak edəcəyəm. Məhz həmin turnirdə iştirakım müəyyən suallara aydınlıq gətirə bilər”.
2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı karyerasını başa vurmaq istəyinin səbəbini də açıqlayıb. O bildirib ki, əvvəllər keçirdiyi döyüşləri zamanı əksərən bədənə zərbələrdən xallar alıb. Lakin sinəni örtən elektron jiletin tətbiqindən sonra bədəndən xal almaq çətinləşib: “İndi daha çox baş və boğaz nahiyəsinə zərbələrə xallar verilir. Bu baxımdan, müəyyən çətinliklərlə üzləşirdim. Ona görə də martın əvvəllərində Almaniyada keçirilmiş turnirdən sonra karyeramı başa vurmaq fikrinə düşmüşdüm”.
Qeyd edək ki, Rəşad Əhmədov Afina və Pekin olimpiadalarında medalın bir addımlığında dayanıb. O, Avropa çempionatlarında gümüş, dünya çempionatlarında isə bürünc medal qazanıb.
Elşən MƏMMƏDOV

894