Azərbaycan və Rusiyanın olimpiya komitələri memorandum imzaladı
Lent.az-ın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, imzalanma mərasimi MDB, Baltikyanı və Şərqi Avropanın 20 ölkəsinin milli olimpiya komitələri rəhbərlərinin və idman nazirlərinin Soçi şəhərində baş tutan görüşü çərçivəsində baş tutub.
Əməkdaşlıq müqaviləsi Rusiyanın Milli Olimpiya Komitəsi (OKR) ilə Qırğızıstan, Tacikistan, Estoniya, Özbəkistan, Belarus, Türkmənistan, Moldova, Qazaxıstan, Latviya, Çernoqoriya, Makedoniya və Serbiyanın da müvafiq qurumları arasında bağlanılıb. OKR prezidenti Aleksandr Jukov bildirib ki, MDB, Baltikyanı və Şərqi Avropa ölkələri iqtisadi, sosial və mədəni baxımdan dinamik inkişaf edir. Yeni onillikdə bu ölkələrdə 2011-ci il Asiya Oyunları, futbol üzrə 2012-ci il Avropa çempionatı, 2013-cü il Universiadası, 2014-cü il Qış Olimpiya Oyunları və 2018-ci il futbol üzrə dünya çempionatı təşkil olunacaq. Bu səbəbdən onlara təcrübə və bilik mübadiləsi lazımdır.
Memorandum iki olimpiya komitəsi arasında əməkdaşlığı nəzərdə tutur və özündə məşqçi və idmançı mübadiləsi, milli və yeniyetmələrdən ibarət komandaların səfərləri və birgə məşqləri, məşqçi hazırlığı sahəsində əməkdaşlığı, ekspertlər, hakimlər, alimlər, məşqçilər və rəsmilər arasında fikir və səfər mübadiləsi, habelə, onların seminarlar, kurslar və məsləhətləşmələrdə iştirakını, tibb elmi və dopinq qəbuluna qarşı fəaliyyətdə, marketinq sahəsində bilik və informasiya, iki ölkənin regional komandaları və klubları arasında proqram mübadiləsini birləşdirir.

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01