Emil Mpenza “Neftçi”nin əvəzedici futbolçuları ilə məşq edir - FOTO
Lent.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, onlar əsas komanda ilə birgə gündə iki dəfə məşq edirlər. Artıq belçikalı hücumçu Emil Mpenza da “ağ-qaralar”ın düşərgəsindədir. Martın 23-dən “Neftçi”nin məşqlərində iştirak edən Mpenza vətənində keçirdiyi cərrahiyyə əməliyyatından sonra 6 həftəlik bərpa kursunu başa vuraraq, Bakıya qayıdıb. Həkimlər onun kollektiv məşqlərdə iştirakına icazə veriblər.
Mpenza tezliklə lazımi formanı yığaraq, flaqmanın çempionluğu üçün əlindən gələni edəcəyinə söz verib: “Vacib görüşlərdə “Neftçi”yə kömək edə bilmədiyim üçün çox təəssüflənirdim. Artıq komandamın məşqlərində iştirak edirəm. Tezliklə lazımi formamı yığıb, qarşıdakı çempionat oyunlarında komandama kömək etmək əzmindəyəm. Azarkeşlər əmin olsunlar ki, bundan sonrakı matçlarda flaqmanın çempion olması üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı aprelin 3-də keçiriləcək.

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01